09:15 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
9102

İlqar Vəlizadə: "Belə bir qanun qəbul edilərsə, birmənalı olaraq Almaniya cəmiyyəti daxilində ziddiyyətlərə səbəb olacaq. Milli zəmində irqçiliyi artıracaq. Bir çox məsələdə siyasi böhrana səbəb olacaq"

BAKI, 2 may — Sputnik. Almaniyanın Federal məclisi qondarma "erməni soyqırımı"nı tanıyacaq. Sputnik Timeturk-ə istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında koalisiya hökumətində yer alan Sosial Demokrat Partiyasından olan deputat Tomas Opperman deyib.

Onun sözlərinə görə, Türkiyənin bu məsələdəki mövqeyi "soyqırım"la bağlı qərarın qəbul edilməsinə maneə yaratmayacaq. Opperman bildirib ki, səsvermə iyun ayının 2-də parlamentin xüsusi iclasında keçiriləcək.

Qeyd edək ki, Almaniya hökumət rəsmiləri bundan öncə dəfələrlə ermənilərə qarşı soyqırım törədildiyini söyləsələr də, rəsmi olaraq bu uydurma "soyqırımı" tanımamışdılar. Bir çox ekspertlər iddia edirlər ki, əgər Almaniyada belə qanun qəbul olunarsa, Türkiyə ilə münasibətlərə olduqca mənfi təsir göstərəcək.

"Almaniya digər dövlətlərdən fərqli olaraq, ərazisində çoxlu sayda türk yaşayan ölkədir. Türklər bu ölkədə almanlardan sonra sayca ən çox olan millətdir. Odur ki, bütün siyasi qərarlar, xüsusilə də milli azlıqların hissiyyatına toxunan hər hansı qərar maksimum dərəcədə ölçülüb biçilmiş halda qəbul olmalıdır".

Bunu Sputnik-ə açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, əgər "erməni soyqırımı"nı tanıyan qanun qəbul edilərsə, Almaniyada milli zəmində irqçilik artacaq. Onun sözlərinə görə, bunu Almaniyanın siyasi rəhbərliyi də dəfələrlə bildirib.

"Misal üçün, kansler Angela Merkel müsəlmanların hissiyyatına toxunan qanunların qəbulunun yolverilməz olduğunu açıq şəkildə bəyan etmişdi. Belə bir halda, açıq desək anti-türk qanunun qəbulu nə dərəcə uyğundur?. Gəlin bunu Almaniyanın siyasi rəhbərliyinin öhdəsinə buraxaq", — siyasi şərhçi vurğulayıb.

O, hesab edir ki, əgər "erməni soyqırımı"nı tanıyan qanun qəbul edilərsə, bu, birmənalı olaraq Almaniya cəmiyyəti daxilində ziddiyyətlərə səbəb olacaq: "Milli zəmində irqçiliyi artıracaq. Və istisna olunmur ki, bir çox məsələdə siyasi böhrana səbəb olacaq. Uydurma "soyqırım"ın qəbulu Almaniya-Türkiyə münasibətlərini pisləşdirəcək. Bu da hazırda mövcud olan beynəlxalq miqrasiya böhranının dərinləşməsinə təsir göstərəcək".

Əlaqədar

“Erməni soyqırımı” abidəsinin ucaldılmasının qarşısı alınıb
Gürcü general: Xocalıda dinc sakinlərin qətlə yetirilməsi əsl soyqırımıdır
Ukrayna soyqırımı tanıdı
Kerri: Əsəd öz xalqına qarşı soyqırım etdi, terrorçulara fürsət verdi
Buhenvaldda Xocalı soyqırımı xatırlanıb
Teqlər:
İlqar Vəlizadə, Tomas Opperman, Sosial Demokrat Partiyası, qondarma "erməni soyqırımı", Federal məclis, Almaniya

Əsas mövzular