20:55 24 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.8816
AŞPA
assembly.coe.int

"Beynəlxalq aləmdə Azərbaycanın mövqeyi möhkəmlənir"

TƏHLİL
Qısa URL
31 0 0

Millət vəkili: "Münaqişənin AŞPA-da müzakirəsi diplomatik uğurdur, Azərbaycanın ərazi bötüvlüyünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilməsi və işğalçılıq siyasətinin iflasa uğramasıdır"

BAKI, 21 apr — Sputnik. Aprelin 21-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsi daxilində fəaliyyət göstərən Avropa Şurasına üzv ölkələri arasındakı münaqişələrə dair xüsusi Alt Komitəsinin ilk toplantısı keçirilib. İclasda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr müzakirə olunub. Müzakirələr konfidensial olduğundan, detallar açıqlanmasa da, erməni tərəfinin bu formatda müzakirələrin davam etdirilməsindən boyun qaçırdığı məlum olub.

İclasda iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, müzakirələrin detalları haqqında heç bir söz deyilməyəcək. "Sadəcə onu deyə bilərəm ki, fikir mübadiləsi aparılıb, erməni tərəfi yenə konstruktivlikdən kənar bir neçə təklif səsləndirib".

"Ən maraqlısı odur ki, bunlar konkret faktlar üzrə müzakirələrdən qaçırlar, Assambleyanın plenar iclaslarında isə sadəcə yalanları ortaya qoymaq siyasətini yürüdürlər. Ancaq konkret müzakirələrə, faktlara gələndə, müzakirələrin bağlanmasını, onların əhəmiyyətsiz olduğunu söyləyirlər", — deyə o, qeyd edib.

Maraqlıdır, Dağlıq Qarabağ münaqişəsinin AŞPA müstəvisində müzakirəsi münaqişənin həllinə nə vəd edir? Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, belə mövqelərin sərgilənməsi danışıqlarda Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

"AŞPA-da vaxtaşırı Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılır. AŞPA-nın sənədlərində indiyədək Azərbaycanın ərazi bötüvlüyünü dəstəkləyən Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələr qəbul edilib. Ermənistan tərəfi vaxtaşırı orada vəziyyəti öz xeyrinə dəyişməyə cəhd edir. Bunun üçün orada olan ermənipərəst deputatların da imkanlarından istifadə etməyə çalışırlar", —deyə deputat bildirib.

Onun sözlərinə görə, sonuncu cəhd isə göstərdi ki, onlar növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatı siyasi provokasiyaya çəkməyə çalışırlar: "Ümumən götürəndə problemin xüsusi olaraq həll edildiyi yer deyil, amma problemin həlli üçün bütün vasitələrdən maksimum istifadə edilməlidir. Bu, diplomatik uğurdur, Azərbaycanın ərazi bötüvlüyünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilməsi və işğalçılıq siyasətinin iflasa uğramasıdır. Münaqişənin həllində beynəlxalq təşkilatların mövqeyi olduqca vacibdir".

Politoloq Fikrət Sadıxovun fikrincə isə, cəbhədə baş verən son hadisələrdən sonra vəziyyət hərtərəfli şəkildə Azərbaycanın xeyirinə dəyişib: "Müəyyən dönüş müşahidə olunur. Artıq AŞPA-ya üzv ölkələr bu məsələyə müəyyən mənada biganə qala bilməzlər. Çünki bizim üzv olduğumuz müxtəlif sturkturlara daxil olan ölkələr görür ki, həqiqət Azərbaycanın tərəfindədir".

"Yəni Azərbaycan öz torpaqları uğrunda mübarizə aparır. Torpaqlarını azad etmək istəyir. Bu, kifayət qədər təsdiq olunmuş faktdır. Bununla bağlı müxtəlif qətnamələr var. Təbii ki, AŞPA-da artıq sağlam düşüncəli deputatların, digər ölkələrin nümayəndələrinin sayı artır. Bunlar Azərbaycana başqa bir münasibət göstərir", —siyasi şərhçi vurğulayıb.

Politoloqun sözlərinə görə, Azərbaycan dünyaya sübut etdi ki, onun öz torpaqlarını azad etməyə həm siyasi iradəsi, həm də yetərincə hərbi potensialı olmasına baxmayaraq, beynəlxalq təşkilatlar çərçivəsində sülh danışıqlarından imtina etmir. "Bu isə beynəlxalq aləmdə Azərbaycana qarşı nümayiş etdirilən müsbət münasibətlərdə özünün göstərir".

Qeyd edək ki, sessiya çərçivəsində AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Bu barədə P. Agramunt özünün "Twitter" hesabında məlumat verib.

"Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdük. Heç bir münaqişə dialoqsuz həll edilə bilməz", — deyə P. Aqramunt əlavə edib.

Əlaqədar

Medvedev: Münaqişənin dondurulmasını qan tökülməsindən üstün tuturam
AŞPA sədri münaqişə tərəflərini danışıqları bərpa etməyə çağırıb
ATƏT münaqişə tərəflərini Novruz və Pasxa bayramları ərəfəsində atəşkəsə çağırdı
Rəsmi Moskva Suriya münaqişəsindən çıxmaq istəyir
"Bizim təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunmayıb"
"Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirəsi baş aldatmaqdır"
Teqlər:
Monitorinq Komitəsi, Avropa Şurası, Fikrət Sadıxov, münaqişə, AŞPA, Avropa Şurası Parlament Assambleyası, Aydın Mirzəzadə, Dağlıq Qarabağ

Əsas mövzular