Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azərbaycanda çoxdan gözlənilən gün yaxınlaşır

Abunə olmaq
Gələn ildən mərhələli şəkildə icbari tibbi sığortanın tətbiq olunmasına başlanacaq. İnkişaf etmiş ölkələrdə uzun zamandan bəri tətbiq olunan bu sığorta növü, bizim üçün hansı üstünlükləri gətirəcək?

BAKI, 19 apr — Sputnik. "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi vətəndaşlara imkan verəcək ki, tibbi sığorta vasitəsilə səhiyyə xidmətlərindən istifadə edə bilsinlər. Amma bunun tətbiqi ilə bağlı müəyyən çətinliklər var. Bunların bir qismi sistem daxili çətinliklərdir və bu, onunla bağlıdır ki, Azərbaycanda 2007-ci il fevralın 1-dən etibarən səhiyyə xidmətləri pulsuzdur".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib. "Sual yaranır ki, əgər səhiyyə xidmətləri pulsuzdursa, ayrıca olaraq tibbi sığortanın tətbiqinə nə ehtiyac var? Ona görə də səhiyyə xidmətlərinin verilməsi ilə bağlı qanunvericiliyin dəyişdirilməsinə və təkmilləşdirilməsinə ehtiyac var ki, tibbi sığortanı reallaşdırmaq mümkün olsun".

İşləməyən vətəndaşlar üçün…

Ekspertin sözlərinə görə, digər məqam işləməyən vətəndaşlar üçün icbari tibbi sığortanın tətbiq edilməsidir: "Tibbi sığorta dövlət üçün də müəyyən öhdəliklər müəyyənləşdirir. Söhbət işləməyən və ünvanlı sosial yardım alan vətəndaşlar üçün icbari tibbi sığortanın tətbiq edilməsindən gedir. Bu qaydaların müəyyənləşdirilməsinə ehtiyac var ki, bunlar necə ödəniləcək, ayırmalar necə olacaq. Eyni zamanda, icbari tibbi sığortanın işəgötürən, yoxsa işçi tərəfindən ödənilməsi məsələləri açıq olaraq qalmaqdadır".

"Tibbi sığortanı bəzi ölkələrdə işəgötürən özü ödəyir, bəzi ölkələrdə isə işçi ödəyir. Bunun da dəqiqləşdirilməsinə ehtiyac var. Türkiyə, Almaniya təcrübəsini, ABŞ-da tətbiq edilən sığorta paketinin strukturunu nəzərə alsaq, Azərbaycanda bunun tətbiqi mümkündür", — V. Bayramov əlavə edib.

İcbari avtomobil sığortasından fərqi

Ekspert qeyd edib ki, bu, qısa müddətdə mümkün olmayacaq, zaman alacaq: "Tibbi sığortanın tətbiqi ilə bağlı maliyyə məsələlərinə ehtiyac var. Çünki, işləməyən vətəndaşların tibbi sığortası dövlət tərəfindən ödənilməlidir. Eyni zamanda, xəstəxanalarla sığorta şirkətləri arasında münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə ehtiyac var. Bəzi xəstəxanalarda sığorta sənədləri qəbul edilmir. Bu icbari tibbi sığortanın tətbiqi ilə bağlı müəyyən çətinliklər yaradır".

İqtisadçının sözlərinə görə, burada avtomobil sığortasından fərqli olaraq vətəndaşa ödəniş edilmir: "Vətəndaşın icbari tibbi sığorta kartı olacaq. Bu kartı təqdim etməklə müalicə oluna biləcək, bu kartın verdiyi imkanlar daxilində səhiyyə xidmətlərindən istifadə edəcək. Vətəndaş xəstəxanaya gedəcək, bu, rəsmiləşəcək və artıq sığorta şirkəti birbaşa xəstəxanaya vəsaiti ödəyəcək".

Bəs VÖEN-lə çalışanlar?

"Burada ödəniş sistemi digərləri ilə müqayisədə daha liberal, mütərəqqidir. Burada sığorta şirkətlərinin öhdəlikləri də vacibdir. Yəni bunların yerinə yetirilməsinə ciddi yanaşsınlar ki, bütövlükdə icbari tibbi sığorta paketinin tətbiqinə inamsızlıq yaranmasın", —mütəxəssis vurğulayıb.

İlham Əliyev - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin edilib

Əlavə edib ki, fərqli ölkələrdə fərqli ödənişlər mövcuddur: "Bəzi ölkələrdə aylıq, bəzi ölkələrdə isə illik ödənişlər var. Bəzilərində rəqəmlə bəzilərində faizlə müəyyənləşir. Adətən bu, 3-5 faiz arasında dəyişir. Əmək haqqının 3-5 faizi həcmində icbari tibbi sığortaya ödənişlər həyata keçirilir. Bu isə xüsusən inkişaf etmiş ölkələrdə işəgötürənlə işçi arasında bölünür ki, tərəflər üçün ağırlıq yaratmasın. Eyni zamanda, hər iki tərəf əmək müqaviləsi ilə işləməkdə maraqsız olmasın".

V. Bayramovun sözlərinə görə, əgər vətəndaşın VÖEN-i varsa, sahibkar kimi fəaliyyət göstərirsə, tibbi sığorta ödənişi edəcək: "Sahibkar orda paketləri seçəcək. Az ödəyəcəksə, az xidmətlərdən istifadə edəcək, çox ödəniş edəcəksə, çox səhiyyə xidmətlərində istifadə etmiş olacaq".

"İmkanı yüksək olan insanlar tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər"

"Maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək, imkanı yüksək olan insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Beləliklə səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək".

Bunu baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə tanış olarkən deyib. Baş nazirin müavini əlavə edib ki, Dövlət Agentliyinin strukturu hələ tam formalaşmayıb.

"Növbəti mərhələdə paralel olaraq Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dair çox ciddi işlər aparılacaq. Bu sahədə xeyli iş görülüb. Demək olar ki, müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir", — Ə. Əhmədov vurğulayıb. 

Onun sözlərinə görə, digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir və Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib: "Əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq".

Hökumət rəsmisi bildirib ki, gələn ildən Azərbaycanda mərhələli şəkildə icbari tibbi sığortanın tətbiq olunması üçün bu il hazırlıq işləri görüləcək.

Türkiyə təcrübəsi

Türkiyədə 1 yanvar 2012-ci ildən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Əsas məqsəd ölkə daxilində bütün vətəndaşların səhiyyə xidmətlərindən istifadə etməsini təmin etməkdir. Əvvəllər yalnız çalışan fərdlərin məcburi sığortaları var ikən, indi işsiz olanlar da səhiyyə xidmətlərindən yararlanırlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində keçirilən müzakirələr - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta üzrə avropalı ekspertlər Azərbaycana gəliblər

İcbari tibbi sığortanın əhatəsinə daxilsinizsə, dövlətin təqdim etdiyi bütün səhiyyə xidmətlərindən pulsuz faydalana bilərsiniz. Ayrıca "fərq ödəməsi" edərək, yəni, dövlətin bir müalicə üçün təyin etdiyi standart ödənişin üzərindəki hissəsini özünüz ödəyərək özəl səhiyyə təşkilatlarından da faydalana bilərsiniz.

Məsələn, bir göz müayinəsi üçün Türkiyənin Sosial Güvənlik Qurumu tərəfindən təyin olunan standart ödəniş 26 türk lirəsidirsə, getdiyiniz özəl xəstəxanada isə göz müayinəsi 35 türk lirəsidirsə, 9 lirəni özünüz ödəməli olacaqsınız. Bunun tətbiqi həm vətəndaşların seçim etmək imkanların artırmaq, həm də dövlət xəstəxanalarında xəstələrin sayını azaltmaq üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, bir çox özəl xəstəxanalarda bəzi müalicələr (diş, psixiatriya və s.) üçün əlavə ödənişlərin edilməsinə ehtiyac yoxdur.

Xəbər lenti
0