QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yeni "oyunçu" qoşulur

© Sputnik / Nikolay Lazarenkoİlham Əliyev və Angela Merkel
İlham Əliyev və Angela Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniyanın elan etdiyi təkliflər paketi siyasi müşahidəçilərin diqqətini çəkib. Ekspertlərin fikrincə, ATƏT-ə sədrlik edən Berlinin Moskva ilə stabil münasibətləri olması münaqişənin həllinə müsbət töhfə verə bilər.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yeni oyunç qoşulur
BAKI, 13 apr — Sputnik. Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 7 bənddən ibarət sənəd təklif edib. Bu barədə Almaniyanın Ermənistandakı səfiri Matias Kisler bildirib. Onun sözlərinə görə, proqram münaqişənin həlli yollarını nəzərdə tutmur, çünki müvafiq mandata ATƏT-in Minsk Qrupunun həmsədrləri malikdir.
Almaniyanın federal kansleri Angela Merkel və Almaniya ordusu - Sputnik Azərbaycan
Almaniyanın Dağlıq Qarabağ planı

"Bizim üçün hər iki tərəfin atəşkəs rejiminə əməl etməsi çox vacibdir və düşünürəm ki, hazırda münaqişənin sülh yolu ilə nizamlanması üzrə yeni dinamika yaranıb", — deyə Kisler jurnalistlərə bildirib.

Diplomat sənədin detallarını təqdim etməkdən imtina edib. Kisler, qeyd etdiyi sənədin Minsk Qrupunun həmsədrləri tərəfindən müzakirə olunmasından xəbərsiz olduğunu bildirib.

Qarabağ münaqişəsi zonasında 4 günlük müharibədən sonra sülh danışıqlarının hansı məcrada inkişaf edəcəyi indi ən qızğın müzakirə mövzusudur. Yaranan yeni situasiyada daha çox Rusiya tərəfi fəal olsa da, ATƏT-in hazırkı sədri olan Almaniyanın belə bir təkliflə çıxış etməsi də yeni suallar doğurur. Bəs, görəsən Almaniya münaqişənin həllinə hər hansı töhfə verə bilərmi?

© Sputnik / Murad OrujovЭльхан Шахингоглу, политолог
Эльхан Шахингоглу, политолог - Sputnik Azərbaycan
Эльхан Шахингоглу, политолог

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan üçün əsas odur ki, Almaniya bu məsələdə daha çox ərazi bötüvlüyü prinsipindən çıxış edir. "ATƏT-in həmsədrləri ilə bağlı fikir mübadiləsi aparıldıqda, Azərbaycan əslində Almaniyanı həmsədr kimi görmək istəyirdi. Yəni Almaniyanın baxışı bizim üçün müsbətdir. O 7 bəndlik təkliflər paketində konkret nələr var, bunu söyləməkdə çətinlik çəkirəm".

Politol ehtimal edir ki, oradakı ilk tələblərdən biri 5 rayonun azad olunması məsələsidir: "Hər halda bu təklifləri müzakirə etmək üçün ATƏT sədri kimi Almaniyanın xarici işlər naziri vaxt itirmədən həm Bakıya, həm də İrəvana səfər edib məsləhətləşmələrə başlamalıdır. Əks halda bu məsələ uzansa, elə həmin təkliflər söz olaraq qalacaq".

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə Almaniyanın münaqişənin həllinə öz töhfəsini verəcəyinə ümid edir: "Əvvəla ona görə ki, əvvəlki dövrlərdən fərqli olaraq, bu gün Almaniya müxtəlif münaqişələrin həllində, onlara münasibətdə daha fəaldır və mövqeyi nəzərə alınan dövlətlərdən biridir. Yəni 5 il əvvəl bu vəziyyət belə deyildi. İkinci bir tərəfdən Almaniya bu il ATƏT-ə sədrlik edir".

Siyasi şərhçi nəzərə almağı vacib hesab edir ki, Qarabağ münaqişəsinin həlli üzrə əsas beynəlxalq qurum ATƏT-in Minsk qurupudur və Almaniya da bu qurupun üzvüdür: "Deməli, bu baxımdan da töhfə verəcəyi istisna deyil. Nəhayət, Almaniyanın bu günkü xarici işlər naziri Frank Valter Ştaynmayer kifayət qədər fəal diplomatdır. Elə kansler Angela Merkelin özü də bu gün dünyada nüfuzlu siyasətçilərdən sayılır. Düşünürəm ki, bunların hər biri öz rolunu oynuyacaq".

Ə. Oruclunun qənaətincə, son hərbi əməliyyatlardan sonra istər Qərb, istərsə də Rusiya tərəfində belə bir fikir yaranıb ki, münaqişəni həll etmək lazımdır. Əks halda bunun indikindən daha ağır fəsadları ola bilər: "Almaniyanın ABŞ və Rusiya ilə yaxşı münasibətlərinin olması onun münaqişənin həllində nizamlayıcı rolunu bir qədər də artırır".

© Arastun OrujluƏrəstun Oruclu, politoloq
Ərəstun Oruclu, politoloq - Sputnik Azərbaycan
Ərəstun Oruclu, politoloq

Onun sözlərinə görə, Qərblə Rusiya arasında problemlər olmasına baxmayaraq, Almaniya Rusiya ilə münasibətləri saxlamağı bacarır: "Düzdür, bəzən Almaniya Rusiyaya qarşı sanksiyalara çağırışlar etməyə məcbur olur. Amma, istənilən halda Almaniya-Rusiya münasibətləri ənənəvi olaraq balanslı və tam pozulması mümkün olmayan münasibətlərdir".

Təhlilçi düşünür ki, Almaniya təkcə münaqişənin həllində vasitəçi kimi yox, həm də münaqişənin həllində iştirak edən tərəflər arasında da vasitəçilik kimi bir missiya həyata keçirə bilər. Onun fikrincə, Almaniyanın bu şansları var.

Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasından sonra ATƏT-in Minsk qrupuna daxil olan ölkələr bəyanat verərək tərəfləri münaqişənin sülh yolu ilə tənzimlənməsi prinsipinə sadiq olmağa çağırıblar.

Xəbər lenti
0