18:54 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
17321

Siyasi müşahidəçilər regionun iki mühüm dövlətinin münasibətlərinin bərpa olunmasını müsbət proses hesab edirlər. Ankara ilə Təl-Əvivin yaxınlaşmasında ABŞ-ın da maraqlı olduğu bildirilir.

BAKI, 12 apr — Sputnik. "Türkiyə və İsraili yaxınlaşdıran ortaq maraqlar var". Bunu Sputnik-ə açıqlamasında türk politoloq, siyasi icmalçı Ahmet Şimşek deyib. 

Ahmet Şimşek, Türkiyəli politoloq
© Photo : A.Şimşekin şəxsi arxivi
Ahmet Şimşek, Türkiyəli politoloq

İsrail-Türkiyə yaxınlaşmasını zamanın tələbi kimi dəyərləndirən politoloq, Amerikanın da bu yaxınlaşma prosesini sürətləndirdiyini qeyd edib: "Yaxın Şərq regionu artıq qarmaqarışıq vəziyyət alıb. Bu gün — sabah nə olacağı bəlli deyil. Suriyada yaşanan proseslər Türkiyəni ciddi narahat edir. Mövcud vəziyyət İsrailin də xoşuna gəlmir. Çünki bölgədə nüfuzunu artırmağa çalışan Rusiya, Təl-Əviv rəhbərliyi üçün də təhlükə hesab olunur".

A. Şimşek, İsrail tərəfinin öz yanlışını anladığını, qəbahətli olduğu üçün Türkiyə ilə əlaqələri bərpa etməyə çalışdığını deyib: "Bütün beynəlxalq konvensiyalar Təl-Əviv rəhbərliyinin günahkar olduğunu göstərdi. Necə ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Barak Obamanın bu ölkəyə səfəri zamanı telefonla birbaşa Ərdoğana zəng edib üzr istədi".

"Bu özü bir daha göstərir ki, İsrail Yaxın Şərqdə Türkiyəsiz olduqca çətin vəziyyətə düşə bilər. Eynilə Türkiyə də regionda İsraillə əməkdaşlıq etmədən güc rolunu oynaya bilməyəcəyini yaxşı anlayır", —deyə təhlilçi bildirib.

Qabil Huseynli
youtube
Qabil Huseynli

Politoloq Qabil Hüseynli də, İsrail-Türkiyə yaxınlaşmasını regiondakı vəziyyətlə əlaqələndirib. Hüseynlinin sözlərinə görə, Rusiya ilə münasibətlər kəskinləşəndən sonra Türkiyə özünə müttəfiq tapmaq üçün İsrail ilə "buzları əritməyə" başladı: "Ankara-Təl-Əviv arasındakı danışıqlar sürətlə davam edir. Yaxın 1 ay ərzində İsrail-Türkiyə münasibətlərinin əvvəlki vəziyyətinə qayıdacağı barədə fikirlər səslənir. Buna təəccüblənməmək lazımdır. Çünki bu münasibətlərin qaydaya düşməsi türk tərəfinə daha çox lazımdır".

Politoloq İsrailin özünün də Türkiyə ilə əlaqələrin normallaşmasını arzuladığını deyib: "İsrail müsəlman dünyasında ona qarşı yaranmış əks-təsirləri zəiflətmək üçün Rusiya faktorundan yararlanmağa çalışır. Rəsmi Təl-Əviv müsəlmanlar arasında İsrailə olan nifrəti anti-Rusiya əhval ruhiyyəsi yaratmağa çalışmaqla dəf etməyi hədəfləyir".

Hüseynlinin sözlərinə görə, ABŞ İsrail-Türkiyə yaxınlaşmasını daha geniş tərkibdə nəzərdə tutur: "Birləşmiş Ştatlar bu ittifaqa Misirin də qoşulmasını istəyir. Hələ Bill Klintonun vaxtında bu ideya mövcud idi ki, regionda ABŞ-ın yaxınlıq edə biləcəyi, Yaxın Şərqdə söz sahibi olacaq üçlü ittifaq olsun. Bu birliyə məhz Misir, İsrail və Türkiyə daxil idi. Proyektin gerçəkləşməsi çox yaxın idi. Lakin sonra Fələstində baş verən müharibə, Ərdoğanın İsrailə qarşı sərt tutumu ideyanın gerçəkləşməsinə imkan vermədi".

İsrail-Türkiyə yaxınlaşmasının Azərbaycan üçün də çox vacib olduğunu deyən politoloq əlavə edib ki, İsrail-Türkiyə yaxınlaşmasına Azərbaycanın ciddi töhfəsi var: "Azərbaycanla İsrail münasibətlərinin tarixi 10 ildən artıqdır ki, strateji xarakter daşıyır. İsrail, müsəlman dünyasında ən etibarlı tərəfdaş olaraq Azərbaycanı görür. Ölkəmizdə olan yəhudi lobbisi də bu işə ciddi maraq göstərir və yardım edir. Eynilə də rəsmi Bakı, ABŞ-dakı yəhudi lobbisinin dəstəyindən geniş şəkildə istifadə edir, maraqlarını müdafiə edir. Ona görə düşünürəm ki, Ankara-Təl-Əviv yaxınlaşmasında rəsmi Bakının da vasitəçiliyi və rolu var".

Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
© AFP 2020 / POOL / IVAN SEKRETAREV

İsrail ilə Türkiyə arasında münasibətlərin normallaşması üçün hazırlanan razılaşmada müəyyən irəliləyiş əldə olunub. Sputnik xəbər verir ki, bu haqda aprelin 8-də keçirilən görüşün nəticələri ilə bağlı yayılan açıqlamada vurğulanıb.

Məlumata görə, Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müşaviri Firidun Sinirlioğlunın başçılıq etdiyi nümayəndə heyəti ilə İsrail baş nazirinin xüsusi nümayəndəsi Cozef Siçanover və İsrail Milli Təhlükəsizlik Şurası başçısının müavini Yakov Nagelin rəhbərlik etdiyi heyət arasında Londonda görüş keçirilib.

Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqını nəticəsində 9 türk vətəndaşı həlak olmuşdu. Altı ilə yaxındır iki ölkə arasında əlaqələr dondurulub.

Əlaqədar

Fələstindən İsrailə tarixi çağırış
İsraildən şok İran bəyanatı
Türkiyə İsraildən qaz alaraq Rusiyadan asılılığını azaltmaq istəyir
İsrail yeni raketin sınağını keçirdi
Avropadan İsrailə tarixi zərbə
Teqlər:
Ahmet Şimşek, İsrail, Suriya, Amerika, Rusiya, Qabil Hüseynli, Türkiyə

Əsas mövzular