12:06 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Azərbaycanın 2025-ci il hədəfi: bizi nə gözləyir?

TƏHLİL
Qısa URL
21501

Ekspert: Ölkə prezidentinin bu sərəncamının əsas mahiyyəti ondan ibarətdir ki, ölkədəki idxal səviyyəsi azalsın və ölkə sırf olaraq ixracat ölkəsi olsun

Azərbaycanın 2025-ci il hədəfi: bizi nə gözləyir?
BAKI, 18 mart — Sputnik. Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. İnkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi Qrupu yaradılıb. Qrupun rəhbəri Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovdur.

İşçi qrupuna tapşırılıb ki, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini və 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini altı ay müddətində hazırlayıb Prezidentə təqdim etsin.

Sərəncamda nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər. Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə isə tapşırılıb ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsin.

Mövzu ilə bağlı Sputnik-in sullarını iqtisadçı ekspert Nicat Hacızadə cavablandırıb:

- "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncamın əhəmiyyəti və ondan irəli gələn vəzifələr nədən ibarətdir?

— Sərəncamın əsas mahiyyəti ölkədə iqtisadiyyatın yenidən destruktizasiyasıdır və yenidən bir sıra güclü və zəif tərəflərin öyrənilməsi, imkanların və təhlükələrin təhlilindən ibarətdir. Nəzərə alsaq ki, dünya bazarında neftin qiymətinin düşməsi fonunda ölkə büdcəsinə gələn gəlirlər azalıb, belə olan fonda qeyri-neft sektorunun inkişafı şərt oldu. Ölkə Prezidenti tərəfindən bu strateji yol xəritəsinin imzalanması hal-hazırki dövrdən başlayaraq 2020-2022-ci illərə qədər ölkə iqtisadiyyatının tam şaxələndirilməsi və ölkənin demək olar ki, qeyri-neft sektoru ilə bağlı olmasının öz-özlüyündə şərtləndirir. Sənəddə qeyd olunduğu kimi, vəzifələr gəlirlik səviyyəsi və məşğulluğun artırılmasıdır. Əsas məqsəd iqtisadiyyatdakı qeyri-neft sektorunun diversifikasiyasıdır və ölkədə maliyyə sisteminin sağlamlaşdırılmasıdır. Gəlirlik səviyyəsi və məşğulluq dedikdə burada əsas göstərilir ki, ölkədə sırf özəlləşdirilmə proqramının davam etdirilməsi, iqtisadiyyatdakı qeyri-neft sektorunun və kənd təsərrüfatı sahəsinin inkişafı, eləcə də istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırma sənayesidir. Digər xidmət sektorlarında — turizm, logistika, ticarət, — sırf bunların üzərində ixtisaslaşma və ölkədə kənd təsərrüfatı məhsullarının ixracatı. Ölkə prezidentinin bu sərəncamının əsas mahiyyəti ondan ibarətdir ki, ölkədəki idxal səviyyəsi azalsın və ölkə sırf olaraq ixracat ölkəsi olsun. İkinci mahiyyyət isə ondan ibarətdir ki, ölkədən çıxan məhsulların əksər hissəsi satılan və brend məhsullar olsun və onlar pul-valyuta şəklində, xüsusən dollar şəklində ölkəyə gəlsin. Sonuncu mahiyyət dotasiyalarla bağlıdır. Prezident tərəfindən regionlar qarşısında qoyulan əsas məqsəd bütün regionların öz-özünü maliyyələşdirilməsidir. Ümumillikdə götürsək, həm investisiya üçün, həm ümumdaxili məhsul üçün və bir sıra digər təşəbbüslərin müəyyən olunması üçün bu sərəncam vacibdir. İnanıram ki, 2020-2025-ci illərə qədər bunları etmək mümkündür.

- Dövlət başçısının imzaladığı sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün hansı işlər görülməlidir?

— Sərəncamın əsas özəlliyi iqtisadiyyatın diversifikasiyası, sektorlar üzrə rəqabət qabiliyyətliyin artırılması və idxal əməliyyatlarının azaldılmasından ibarətdir. Sərəncamda neft sektoru ilə bağlı çoxşahəli bir təhlil yoxdur, hər şey qeyri-neft sektoru üzərində qurulub. Azərbaycan iqtisadiyyatının sırf olaraq strateji baxımdan ixrac qabiliyyətinin olması, daxili bazardakı rəqabətliyin artırılması və sosial rifahın artırılması üçün burada əsas plan hazırlanıb. Burda digər məqam kiçik və orta sahibkarlığın artırılması və ölkəyə yeni xarici valyutanın gəlməsi, bundan başqa xarici investorların ölkəyə gəlməsini şərtləndirmək lazımdır, islahatlar aparılmalıdır. Bu islahatların da əsas hissəsi sərəncam punktlarında qeyd olunub.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əlaqədar

Milli Məclis dövlət büdcəsinin həm gəlirlərini, həm də xərclərini daha 2 mlrd artırdı
"İnsanları iqtisadiyyatın yenidən qurulması prosesinə cəlb etmək lazımdır"
Oqtay Əsədov: Azərbaycan iqtisadiyyatında real artım olacaq
İlham Əliyev: Təzyiqlərə rəğmən, Azərbaycan iqtisadiyyatı inkişaf edib
Azərbaycan prezidenti: 2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq
Teqlər:
Nicat Hacızadə, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri", qeyri-neft sektoru, sərəncam, Prezident İlham Əliyev, iqtisadiyyat, neft

Əsas mövzular