10:51 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
TƏHLİL
Qısa URL
65 0 0

Toğrul İsmayıl: "PKK üzvləri bugün Avropada sərbəst dolaşa bilir, hətta öz təxribatlarını həyata keçirə bilmək üçün onların özəl televiziyaları da var. Ayrıca, bu gün Türkiyəyə başsağlığı verən ölkələr PKK-nı terror təşkilatı kimi tanımır"

BAKI, 14 mart — Sputnik. "Ankarada terror törədənlərin silah yoldaşları bu gün Avropada əli-qolu açıq sərbəst gəzə bilirlər. Hətta onlar üçün özəl televiziyalar açılmasına da şərait yaradılıb".

Bunu Sputnik-ə çıqlamasında Türkiyə TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti, politoloq Toğrul İsmayıl deyib. Hadisənin baş verdiyi Qızılay meydanının Ankaranın, o cümlədən Türkiyənin qəlbi olduğunu deyən politoloq, PKK terror təşkilatına silah verən ölkələrin bugün Türkiyəyə başsağlığı verdiyini vurğulayıb: "Türkiyənin terror təşkilatı kimi tanıdığı PKK üzvləri bu gün Avropada sərbəst dolaşa bilir, hətta öz təxribatlarını törədə bilmək üçün onların özəl televiziyaları da var".

"Bu gün Türkiyəyə başsağlığı verən ölkələr PKK-nı terror təşkilatı kimi tanımır. Yaxud özünü Türkiyənin müttəfiqi kimi göstərən ABŞ, PKK-nın Suriyadakı qolu olan PYD-yə silah yardımı edir. Və həmin silahlarla Türkiyədə terror aktları törədilir. Dünya siyasətində təəssüf ki, belə ikili standartlar və qeyri-səmimilik var", —deyə T. İsmayıl vurğulayıb.

Ərdoğanın "Türkiyə terrora qarşı özünü müdafiə haqqından imtina etməyəcək" çıxışını da dəyərləndirən ekspert deyib: "Ərdoğan bu çıxışı ilə Suriya və İraqda da PKK terrorçularını cəzalandırmağı nəzərdə tuta bilər. Hadisə hələ çox istidir, gözləyib baxmaq gərəkdir".

Hadisə vaxtı oğlunun Qızılay meydanında olduğunu bildirən azərbaycanlı politoloq, Ankarada əhali arasında ciddi təşviş yaşandığını deyib: "Mənfur hücumun reallaşdığı vaxt, oğlum kursdan qayıdırdı. Hadisə, o, metroya mindiyi ərəfədə baş verib. Nə deyim, Allah övladımı bizə yenidən bağışlayıb".

Əlaqədar

ABŞ səfirliyi Ankaradakı terrorla bağlı əvvəlcədən vətəndaşlarına xəbərdarlıq edib
Rəsmi: Ankaradakı partlayış nəticəsində onlarla həlak olan var
Ankaranın mərkəzində partlayış baş verib
"Suriya və İraqda sabitliyin yaranması Ankara-Tehran uzlaşmasından asılıdır"
Teqlər:
Toğrul İsmayıl, PKK, Ankara, Türkiyə, terror

Əsas mövzular