10:01 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Azərbaycan Mərkəzi Bankı
© Sputnik / Murad Orujov

"Mərkəzi Bankın statusunun dəyişməsi heç nəyi dəyişməyəcək"

TƏHLİL
Qısa URL
155 0 0

Ekspertlər bu yeniliyi islahat deyil, sadəcə ad dəyişmək hesab edirlər: "Yeni yaranmış publik hüquqi şəxsin əvvəliki dövlət qurumlarından formaca fərqlənəcəyi inandırıcı deyil"

BAKI, 11 mart — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Banklara nəzarət funksiyasını isə Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək.
Kapital Bankın Bakıdakı baş ofisi
© Sputnik / Murad Orujov

Mərkəzi Bankın publik hüquqi şəxs olmasının səbəblərinə gəlincə isə, bəzi ekspertlər "manata inamın bərpası Mərkəz Banka olan etibarın qaytarılmasından keçir" düşüncəsindədirlər. Digərləri isə bunu hökumətin devalvasiyadan sonra yaranmış problemlərdən sığortalanması ilə əlaqələndirirlər.

İqtisadçı ekspert Azər Mehdiyev Sputnik-ə açıqlamasında bildirib ki, Mərkəzi Bnakın "publik hüquqi şəxs" ilə əvəzlənməsi dövlətin MB-dan imtina etməsi demək deyil. MB dövlətin iqtisadi tənzimləyici qurumlarından biridir.

"Pul-kredit siyasətini yenə tənzimləyəcək. Sadəcə olaraq, "publik hüquqi şəxs" statusunda onların qərar qəbul etmə müstəqilliyi daha çox artırılır. Ancaq, düşünürəm ki, indiki halda bu, daha çox görüntü xarakteri daşıyacaq. Yəni sanki, islahatlar aparılır və bu islahatlarda həmin qurumların müstəqilliyi və qərar qəbul etmə səlahiyyətləri genişləndirilir", —deyir ekspert.

Onun sözlərinə görə, amma bunun belə oacağı və onların hər hansı müstəqil qərar verəcəyi o qədər də gözlənilən deyil: "Yəni, Azərbaycanda uzun müddətdir ki, müxtəlif cür islahatlar aparılır. Məsələn, dövlət qurumları səhmdar cəmiyyətlərinə çevrilir. Ancaq, bu sırf ad dəyişməsi xarakteri daşıyır. Qərarların qəbul edilməsi üçün yalnız dövlət təmsilçilərinin deyil, həm də müxtəlif peşəkarların və ictimaiyyət təmsilçilərinin iştirakçılığı ilə bir idarə heyətinin yaradılması kimi məsələlər diqqətdən kənarda qalır. İndi də yeni yaranmış "publik hüquqi şəxs"in əvvəliki dövlət qurumlarından formaca fərqlənəcəyini düşünmürəm. Belə deyək, bu islahatlar sadəcə ad dəyişməsi xarakteri daşıyacaq".

İqtisadçı ekspert Nazim Məmmədovun sözlərinə görə isə, Mərkəzi Bank dövlət qurumudur və mərkəzi banklar heç vaxt hökümətin tərkibində olmayıb: "Bizdə isə həmişə hökümət və dövlət anlayışı qarışdırılıb və hələ də qarışdırılır. Mərkəzi Bankın dövlət qurumu olaraq fəaliyyət göstərən zaman pul-kredit siyasətini müstəqil həyata keçirməsi ilə bağlı maddə var. Ancaq, çox təəssüf edirəm ki, həm birinci, həm də ikinci devalvasiya zamanı MB rəhbərliyinin KİV nümayəndələrinə açıqladığı ifadə ondan ibarət idi ki, bunu hökümətlə birgə ediblər".

"Belə demək mümkünsə, dollarla yaranan problemlər "fors-major"a düşürdü və hökümət onu qarşılamalıydı. Bütün bu addımlardan sonra hökümət nümayəndələri MB-nin dövlət orqanı olmadığı haqqında fikirlər yürütdülər. Əslində mən MB-nin dövlət orqanı olmasının tərəfdarıyam", — deyə iqtisadçı vurğulayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 4 mart tarixli Qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, qanunun 2.1-ci maddəsində "dövlət orqanıdır" sözləri "publik hüquqi şəxsdir" sözləri ilə əvəz edilir.

Əlaqədar

"Mərkəzi Bankı "üzən məzənnə"dən imtina edəcək"
Ekspert: Mərkəzi Bankın addımları uzun müddət səmərə verə bilməz
Növbəti devalvasiya təhlükəsi: Mərkəzi Bank uçot dərəcəsini artırdı
Banka borcu olduğuna görə özünü asdı
Teqlər:
dövlət qurumu, publik hüquqi şəxs, Nazim Məmmədov, Azər Mehtiyev, Mərkəzi Bank, bank

Əsas mövzular