09:51 16 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Kürdüstan lideri Məsud Bərzani

"İraq kürdləri Türkiyəni İrana dəyişməyəcəklər"

centerforsecuritypolicy.org
TƏHLİL
Qısa URL
14311

Politoloq: "İndiki halda Kürd administrasiyası birmənalı şəkildə Türkiyənin iqtisadi maraqlarına ciddi şəkildə ziyan vuracaq hərəkətlərə razı olmayacaq"

BAKI, 10 mart — Sputnik. İran hökuməti İraqın şimalındakı regional Kürd rəhbərliyinə, bölgə neftini dünya bazarına İran şirkətlərinin çıxarmasını təklif edib. Baxmayaraq ki, 1 il öncə qəbul olunmuş qərarla kürd rəhbərliyi bu işi türk şirkətlərinə həvalə etmişdi.

Sputnik Timeturk-ə istinadən bildirir ki, sözügedən təklifi kürd rəhbərliyinə İranın Süleymaniyədəki baş konsolu Səidullah Məsudi çatdırıb. Məsələ ilə nə Bağdad, nə də Tehran tərəfi hələlik açıqlıq gətirib.

Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru
© Sputnik / Fuad Hasanov
Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru

Mövzu ilə bağlı Sputnik-ə açıqlama verən Bakı Dövlət Uniiversitetinin (BDU) siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov, İraq dövlətinin Türkiyə ilə İran arasında siyasi, iqtisadi, mədəni sahələrdə mübarizə meydanı olduğunu deyib: "Xəbər saytlarında İraq neftinin İran vasitəsi ilə dünya bazarına çıxarılacağı haqda danışıqlar aparıldığı bildirilir. Lakin bu xəbər hələ ki rəsmi təsdiqini tapmayıb. Bildiyimiz kimi, İraq Türkiyə ilə İran arasında siyasi, iqtisadi, mədəni sahələrdə mübarizə meydanıdır. Məhz İranın təsiri nəticəsində Türkiyə İraqın Basiqa bölgəsində hərbi fəaliyyətini məhdudlaşdırmağa məcbur oldu. Digər tərəfdən regionda İraq Kürdüstanı rejiminin ən yaxın müttəfiqi Türkiyədir və ən çətin zamanlarda Türkiyə dövləti Bərzanilərin yanında olub".

"Bu iki əməkdaş regionda bölgədə tarazlaşdırılmış və bir-birini tamamlayan siyasət yeridir. İndiki halda Kürd administrasiyası birmənalı şəkildə Türkiyənin iqtisadi maraqlarına ciddi şəkildə ziyan vuracaq hərəkətlərə razı olmayacaq".

Politoloq Türkiyə ilə Kürdüstan rejimini bir-birinə bağlayan faktorun təkcə neftdən ibarət olmadığını da bildirdi: "Türkiyə ilə Kürdüstan rejimini bir-birinə bağlayan təkcə neft ixracı deyil. Bu əlaqələr siyasət və iqtisadiyyatın bütün sahələrini əhatə edir və onu zəiflətmək bu gün İraq Kürdüstanının maraqları xaricindədir. İraq Kürdüstanı üçün regionda Türkiyəni əvəz edə biləcək ikinci bir dövlət hələ ki yoxdur".

Əlimusa İbrahimov fikirlərini belə tamamlayıb: "İranın bu sahədə fəaliyyətinə gəlincə qeyd etmək lazımdır ki, bu ölkə ilə Türkiyə arasında regionda nüfuz dairəsi uğrunda mübarizə tarix boyu mövcud olub. Yeni reallıqların meydana gəlməsi fonunda bu mübarizə getdikcə daha çöx şiddətlənir. İranın dünyaya inteqrasiyası bölgə ölkələri arasında nüfuzunun səciyyəsindən asılıdır. Nüfuz nə qədər yüksəkdirsə, orada gedən proseslərə İran daha çox cəlb olunacaq. Məhz buna görə də İran bölgədə nüfuz uğrunda ciddi mübarizəyə qoşulub. Və Kürdüstana edilən təklif yeni geostrteji həmlənin tərkib hissəsidir".

Əlaqədar

Kürd müğənni PKK-nı lənətlədi
Türkiyənin kürd müxalifətinin lideri Moskvada görüşlərə başlayıb
Türkiyəyə daşınan neft İŞİD-dən yox, Şimali Kürdüstandan alınır
Yalçın Akdoğan: Kürdlər bölgədə oynanılan oyunları çox yaxşı görür
Moskvada "Suriya Kürdüstanı"nın rəsmi nümayəndəliyi açıla bilər
Teqlər:
Kürdüstan, İraq, Türkiyə, İran

Əsas mövzular