Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Azərbaycan və Rusiya ortaq strategiya formalaşdırmalıdır"

© Sputnik / Murad OrujovPolitoloqlar, videokörpü
Politoloqlar, videokörpü - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq ekspertlər Rusiya, Qazaxıstan və Azərbaycanın iqtisadiyyatını şaxələndirməyi təklif edirlər: "İqtisadi böhranın zərbəsi ilk növbədə bu 3 ölkəyə dəydi"

Azərbaycan və Rusiya ortaq strategiya formalaşdırmalıdır
BAKI, 4 mart — Sputnik. Bu gün Sputnik Beynəlxalq Mətbuat Mərkəzində "Qlobal böhran dövründə post-sovet ölkələrinin iqtisadiyyatı" mövzusunda Moskva-Sankt-Peterburq-Bakı videokörpüsü keçirilib. Tədbirdə Moskvadan REA Şərqşünaslıq İnstitutunun əməkdaşı Stanislav Pritçin, Sankt-Peterburqdan Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzinin direktoru Yevgeni Vinokurov, Bakıdan isə Rusiya Elmlər Akademiyasının (REA) Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Aleksey Kuznetsov, politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov və "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə iştirak ediblər.
Qüdrət Həsənquliyev - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"İnsanları iqtisadiyyatın yenidən qurulması prosesinə cəlb etmək lazımdır"

Stanislav Pritçin qeyd edib ki, neftin qiymətinin enməsi nəticəsində iqtisadi zərbəyə ilk növbədə Rusiya, Qazaxıstan və Azərbaycan məruz qalıb. İran faktoruna, onun üzərindən sanksiyaların götürülməsinin Rusiya və Azərbaycan iqtisadiyyatına təsiri mövzusuna toxunan ekspert bildirib ki, bütün tərəflər bir-birinə qarşı deyil, bir qrup şəklində hərəkət edəcəklər. Onun sözlərinə görə, son baş verən hadisələr, eləcə də Prezident İlham Əliyevin İrana rəsmi səfəri İranın Azərbaycan və Rusiya ilə əməkdaşlıq etmək marağında olduğunu göstərir.

Azərbaycanda keçirilən özəlləşdirilmə işlərindən söz açan Pritçin bildirib ki, bu sahədə Rusiya tərəfini də ətraflı məlumatlandırmaq lazımdır: "KİV və ya müəyyən strukturlar rus biznesinin böyük və kiçik nümayəndələrini Azərbaycanda keçirilən özəlləşdirilmə proqramı ilə tanış etməlidirlər. Bu, ölkələr arasında qarşılıqlı fəaliyyətin artmasına səbəb ola bilər".

Politoloq İlqar Vəlizadə isə Rusiya tərəfini ölkədəki büdcə dəyişikliyi və keçirilən digər tədbirlər haqda məlumatlandırıb. O qeyd edib ki, hal-hazırda Azərbaycan regiondakı bütün əsas dövlətlərlə yaxşı münasibətlərdədir. Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə o bildirib ki, son 2 il ərzində Rusiyanın bütün əsas rəsmiləri Azərbaycanda səfərdə olaraq görüşlər keçiriblər. Politoloq qeyd edib ki, uzun illər ərzində Rusiya və Azərbaycan arasında qarşılıqlı investisiyaların qorunması haqda sənəd hazırlanıb və bir il yarım əvvəl bu sənəd, nəhayət ki, qəbul olunub.

Yevgeni Vinokurov isə hesab edir ki, yaranmış vəziyyətdə Rusiya, Qazaxıstan və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi lazımdır. Onun sözlərinə görə, neftin qiymətinin enməsi nəticəsində əmək xərcləri də azalıb, bu isə öz növbəsində qeyri-neft sektorunun ixrac potensialının inkişafına əlavə imkanlar yaradır.

Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur - Sputnik Azərbaycan
VİDEO
Psixoloqlar: İqtisadi böhran cəmiyyətdə stressə səbəb olur

"Azərbaycan loqistik nəqliyyat mərkəzinə çevrilib. "Şərq-Qərb" nəqliyyat dəhlizi marşrutunda müəyyən risklər var, lakin bu çətinliklər də keçir. Azərbaycan "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Qars" neft kəmərlərində də oxşar çətinlikləri uğurla aradan qaldırmışdı və bu öz bəhrəsini verir" — bunu isə politoloq Fikrət Sadıxov bildirib.

İnvestisiya qoyuluşları mövzusuna toxunan Aleksey Kuznetsov bildirib ki, Azərbaycan tək neft və dadlı kənd təsərrüfatı məhsulları ölkəsi deyil. Ekspertin sözlərinə görə, Rusiya investorlarında Azərbaycana qarşı marağı artırmaq lazımdır, çünki burada digər sahələrdə də istehsal ilə məşğul olmaq olar: "Bundan başqa, rusiyalı iş adamları Azərbaycan ərazisindən əlaqələrinin pisləşdiyi və kəsildiyi ölkələrlə, məsələn, Türkiyə ilə də işləyə bilərlər".

Ekspertlərin fikrincə, yaranmış iqtisadi böhran müvəziyyətində Azərbaycan və Rusiyanın ortaq strategiyanın formalaşmasına ciddi ehtiyacları var.

 

Xəbər lenti
0