Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspertlərdən "həyacan siqnalı": kreditlər bahalaşacaq, iş yerləri bağlanacaq!

CC0 / Antonio_Guillen / girlKredit borclarının yaratdığı depressiyadan necə çıxmalı
Kredit borclarının yaratdığı depressiyadan necə çıxmalı - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bankın uçot dərəcəsini qaldırması təhlükəli addım kimi qiymətləndirilir. Analitiklərə görə, bu qərar inflyasiyanın qarşısın almağa hesablansa da, daha ciddi problemlər meydana çıxaracaq.

BAKI, 15 fev — Sputnik. Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5%, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%, yuxarı həddini isə 10% səviyyəsində müəyyən etmək barədə qərar qəbul edib.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib ki, Mərkəzi Bank əslində monetar siyasəti sərtləşdirməkdə davam edir: "Uçot dərəcəsinin qalxması kreditlərin də bahalaşmasına səbəb olacaq. Bankların Mərkəzi Bankın resurslarına çıxışı bahalaşır. Yəni, 2 faizə yaxın bahalaşır. Mərkəzi Bankın resurslarına çıxış bahalaşdıqca banklar da məcburən öz kredit portfellərində onsuz da yuxarı olan kredit dərəcələrini ən azından aşağı salmayacaq. Hətta, bəlkə də 1 faiz qalxması ehtimalı var. Bu, iqtisadi aktivliyin onsuz da zəiflədiyi ölkədə, bu aktivliyi daha zəiflədəcək, kreditləri bahalaşdıracaq".

"Bu da əslində ölkə üçün yaxşı heç nə vəd etmir. Çünki, Mərkəzi Bankın bu addımından sonra iqtisadi aktivlik daha da zəifləməklə yanaşı, iş yerlərinin bağlanmasına, ticarət dövriyyəsinin daha da azalmasına səbəb olacaq. Artıq bu, vizual olaraq da şəhərdə görünür, nəzərə çarpır", —deyə iqtisadçı vurğulayıb.

Bundan başqa, kreditlərin qaytarılmasında onsuz da ciddi problemlərin olduğunu deyən ekspertin sözlərinə görə, banklar daha baha kreditlərlə bazara çıxsalar, insanların, şirkətlərin, biznesin onu geri qaytarması böyük problemə səbəb olacaq. Onun fikrincə, bu, uzunmüddətli kreditləşməni də məhdudlaşdırır. İqtisadçının qənaətinə görə, biznes üçün əsas kömək o ola bilərdi ki, daha uzun və ucuz kreditlər olsun.

"İndi isə daha uzun və ucuz kreditlərə çıxış imkanları məhdudlaşacaq. Bu da təbii ki, ciddi problemlərin meydana çıxmasına səbəb olacaq", —deyə N. Cəfərli vurğulayıb.

© Photo : REPORTƏkrəm Həsənov
Əkrəm Həsənov - Sputnik Azərbaycan
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da AMB-nin qərarını təhlükəli hesab edir. Belə ki, maliyyəçinin sözlərinə görə, Mərkəzi Bank faiz dərəcəsini o vaxt qaldırır ki, əvvəla, inflyasiya təhlükəsi görür.

"Yəni, inflyasiya da Azərbaycanda var. Bunu artıq hamı görür. Bu addım inflyasiyanın qarşısın almaqdır. Digər bir səbəb odur ki, hazırda dövriyyədə, bazarda milli valyutanın qıtlığı var. Manat çatmır. Manat ona görə çatmır ki, Mərkəzi Bank banklara manat kreditlərini vermir. Niyə? Çünki qorxur".

AMB-nin qorxusuna gəlincə, Ə. Həsənovun təhlilinə əsasən, Mərkəzi Bank bankların qaçıb həmin o manatı dollara çevirəcəyindən və Mərkəzi Bankın olan-qalan valyuta ehtiyatlarının da əlindən gedəcəyindən əndişə edir.

Mütəxəssisin fikrincə, Mərkəzi Bank uçot dərəcəsini ona görə qaldırıb ki, bundan sonra banklara kredit verəndə banklar üçün bu kreditlər o qədər də ucuz olmasın: "Banklar gedib dərhal onu dollara çevirməsin. Səbəb budur. Gözləyirəm ki, bu 5 faiz son deyil. Mərkəzi Bank yenə də uçot dərəcəsini qaldıracaq".

İqtisadçı-ekspert Samir Əliyev öz "Facebook" səhifəsində məsələni şərh edib: "Milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3%-dən 5%-ə qaldırması gözlənilən idi. Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib. Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb".

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Samir Əliyev, iqtisadçı-ekspert

Ekspertin qənaətincə, AMB-nin bu addımı inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini artırmaqdır: "Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlərdə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdıracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub".

Qeyd edək ki, uçot dərəcəsi — Mərkəzi Bankın kommersiya banklarından onlara təqdim etdiyi kreditə görə (aldığı) götürdüyü faiz dərəcəsidir.

Xəbər lenti
0