22:02 19 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
İranın milli valyutası – rial
© AFP 2019 / STR

İran kapitalı Azərbaycana gələrsə...

TƏHLİL
Qısa URL
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri (11)
202 0 0

Ekspert: "Bütün hallarda Azərbaycan çalışmalıdır ki, İran daxil olmaqla digər ölkələrin investisiya imkanlarından faydalansın"

BAKI, 9 fev — Sputnik. İrana qarşı sanksiyaların ləğv edilməsi və neftini dünya bazarına çıxarması bu ölkənin inkişafı üçün zəmin yaradır. Hesablamalara görə, İrana qarşı tətbiq edilən sanksiyaların tam ləğvindən sonra, Tehran xarici investorlardan 50 milyard dollar gəlir əldə edəcək. Ekspertlər İranın yaxın zamanda iqtisadi gücünün artacağını proqnozlaşdırırlar.

Bəs qonşu ölkənin Qərbə bu cür açılım etməsi, neft ixracını artırmaq və dondurulmuş pullarını ölkəyə gətirmək hesabına iqtisadiyyatını inkişaf etdirməsi Azərbaycan üçün hansı nəticələr vəd edir?

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun fikrincə, İrana qarşı sanksiyaların ləğvinin regiona və Azərbaycana da təsir edəcəyi şübhəsizdir. "Bunlar hamısı əsasən neqativ təsirlərdir. Amma, Azərbaycan — İran münasibətləri daha praqmatik istiqamətə yönələrsə və qarşılıqlı səmərəli əməkdaşlıq üzərində qurularsa, bunun həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycana müsbət təsirləri ola bilər", —deyə o, Sputnik-ə açıqlamasında bildirdi.

İqtisadçı ekspert Vüqar Bayramov isə Azərbaycanın İran iş adamları üçün önəmli investisiya məkanı olacağını düşünür. O, Sputnik-ə açıqlamasında deyib ki, İrana qarşı sanksiyalar aradan qaldırıldıqdan sonra, yalnız Qərb ölkələri deyil, eyni zamanda region dövlətləri ilə əməkdaşlığının genişlənməsi müşahidə olunur.

"Təbii, İran çalışır ki, region ölkələri ilə əməkdaşlığını daha da gücləndirsin. Bu kontestkdə İran praktik olaraq bütün region ölkələri ilə müxtəlif sektorlarda əməkdaşlıq etməyə çalışır. Azərbaycana istər İran, istərsə də digər ölkələrdən investisiyanın cəlb olunması olduqca vacibdir", —ekspert vurğulayıb.

Bununla yanaşı, V. Bayramovun fikrincə, elə sektorlar var ki, ora Qərb investisiyasının cəlb edilməsi daha məqsədə uyğun olardı: "Qərb şirkətlərinin Azərbaycana gəlməsi Azərbaycanda istehsal olunan məhsulun ixrac qabiliyyətini artıracaq. Amma, sözsüz ki, İran kapitalı ilə istehsal edilən məhsulların iqtisadi imkanları məhdud olacaq və daha çox daxili bazarı qorumaq üçün nəzərdə tutulacaq. Ona görə güman edirəm ki, İran kapitalının Azərbaycana gəlməsi sadəcə müsbət haldır və bütün hallarda Azərbaycan çalışmalıdır ki, İran daxil olmaqla, digər ölkələrin investisiya imkanlarından faydalansın".

Qeyd edək ki, ABŞ-ın təşəbbüsü ilə İrana qarşı sanksiyalar İslam inqilabından sonra tətbiq olunmağa başlasa da, əsas qadağalar son 10 ildə qüvvəyə minib. Ən ciddi sanksiyalar 2005-ci ildə Əhmədinejadın prezident seçilməsindən sonraya təsadüf edir. Həmin vaxt İran İraqda ABŞ ordusuna müqavimət göstərən silahlı qrupları dəstəkləyirdi. 2006-cı ildə BMT TŞ, İranın Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə yetərli şəkildə əməkdaşlıq etməməsini əsas gətirərək dalbadal bu ölkəyə qarşı 5 qətnamə qəbul etmişdi. Bu qətnamələrdə BMT İrandan uranın zənginləşdirilməsini və nüvə reaktorları inşa edilməsi proqramlarını dayandırmasını tələb edib. Bu il yanvarın 16-da isə İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılıb.

Mövzu:
Sanksiyaların ləğvindən sonra İran-Azərbaycan əlaqələri (11)

Əlaqədar

İran 100 milyard dollarına qovuşdu
Dünyaya İran açılımı
İran prezidentindən ABŞ-a tarixi çağırış
"İran bazarı Azərbaycan və Türkiyə üçün yaxşı fürsətdir"
İran nəhəng iqtisadi layihələrə başlayır
Teqlər:
investisiya, kapital, Tehran, İran, Azərbaycan

Əsas mövzular