Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Prezidentin bu addımını maliyyə kapitanlarını yerində oturtmaq kimi qiymətləndirmək olar"

© Sputnik / Murad OrujovSamir Əliyev, iqtisadçı-ekspert
Samir Əliyev, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Əliyev: "Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə, Palatanın üzərinə düşəcək. Buna görə də Mərkəzi Bank və Maliyyə Naziriyi ilə müqayisədə Palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq"

BAKI, 5 fev — Sputnik. "Maliyyə Bazarlarına Nəzarət Palatasının vəzifəsi əsasən 3 istiqamətdə qurulacaq: lisenziyalaşdırma, tənzimləmə və nəzarət. Bununla da ölkənin baş tənzimləyicisi səlahiyyətinə malik olacaq".

Azərbaycan manatı - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası kimlərə nəzarət edəcək?

Sputnik xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev şəxsi "Facebook" səhifəsində, ölkə Prezidentinin fevralın 3-də verdiyi Fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması məsələsini şərh edərkən yazıb.

"Kifayət qədər məsuliyyətli bir dəyişiklikdir. Bu dəyişikliyin məğzi bu gün çox aktual olan riskin həllinə — ölkənin maliyyə sektorunda dayanıqlılığın təmin edilməsinə yönəldilib. Maliyyə nazirliyi ilə Mərkəzi Bank arasında son vaxtlar yaranmış "soyuq müharibə", onlardan zəif olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin isə offsaydda qalması maliyyə bazarının dayanıqlığı üçün təhlükə yaradırdı", —deyə istisadçı qeyd edib.

Bu baxımdan o, hesab edir ki, maliyyə nəzarəti institutunun yaradılması təşəbbüsünə təkcə uğurlu beynəlxalq təcrübənin tətbiqi kimi yox, həm də son aylar söz sahibinə çevrilmiş maliyyə kapitanlarının gücünü bir qədər azaltmaqla onları yerində otuzdurmaq kimi də qiymətləndirmək olar: "Hər bir halda bu addımı post-neft dövründə atılmış ən əhəmiyyətli addım adlandrmaq olar. Qarşılıqlı nəzarət baxımından da siyasəti müəyyənləşdirən qurumlarla tənzimləməni həyata keçirən qurumların ayrılması dünyada uğurla sınaqdan çıxmış təcrübədir".

Ekspertin sözlərinə görə, dünyanın əksər ölkələrində maliyyə bazarlarını tənzimləyən müxtəlif institutlar fəaliyyət göstərir: "Bu institutlar Mərkəzi Bank — Maliyyə Nazirliyi — ixtisaslaşmış qurum üçbucağı çərçivəsində fəaliyyət göstərir. Bu qurumlar ya paralel nəzarət funksiyasını icra edir, ya da ayrıca ixtisaslaşmış qurum bu səlahiyyətləri icra edir. Avropa Biriyində Avropa Mərkəzi Bankı ilə yanaşı bazarlara BaFİN (Maliyyə Nəzarəti Federal İdarəsi) nəzarət edir. BaFİN bankların əməliyyatlarına müdaxilə etmir, onların fəaliyyəti üçün tənzimləyici normanı müəyyənləşdirir. Çində — Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə Komissiya və Çin Xalq Bankı, Avstraliyada Qiymətli kağızlar və investisiyalar üzrə Komissiya və Rezerv Bankı tənzimləmə və nəzarət işlərini görürlər. ABŞ-da eyni zamanda bir neçə qurum — Qiymətli kağızlar və bazarlar üzrə Komissiya, Təcili birja ticarəti üzrə Komissiya və Federal Ehtiyat Sistemi (FED) məsuldur. İsveçrə və Kanada isə bu funksiyanı ayrica bir qurum icra edir. Hər bir ölkədə tənzimləmə funksiyasının həyata keçirilməsi modeli fərqlidir".

"Ən geniş yayılmış model inteqrasiya olunmuş modeldir. Yəni son illər bir-birini təkrarlayan tənzimləyicilər birləşərək meqatənzimləyiciyə çevrilirlər. Dünyada maliyyə tənzimləyicilərinin əsas rolu bir qayda olaraq maliyyə institutlarının dayanıqlığını və etibarlılığının artırılması, sistem risklərini minimuma endirmək, effektiv və rəqabətli maliyyə bazarı yaratmaq, investorların və istehlakçıların hüquqlarını qorumaqdır", —deyə S. Əliyev vurğulayır.

"Palatanın işə başlaması maliyyə bazarındakı problemləri həll edə biləcəkmi?" sualına gəldikdə, ekspert hələlik bu barədə fikir söyləməyi erkən hesab edir: "Çünki Palatanın səlahiyyətlər sferasından çox şey asılıdır. Yəni Palatanın funksiyaları daha çox texniki olacaq, yoxsa müəyyən normaları yaratmaq səlahiyyəti də olacaq? Bu qurum maliyyə institutlarını faktiki olaraq narazı salacaq və onları özündən asılı edəcək işləri icra edəcək. Palatanın Mərkəzi Bankla münasibətlərinin normal qurulması çox vacibdir".

Maliyyə Nazirliyi - Sputnik Azərbaycan
Maliyyə Nazirliyi: Qiymətlər qalxsa, pensiyalar artırılacaq

Onun sözlərinə görə, bankların taleyi, normal fəaliyyət göstərməsi, güclənməsi bu iki qurumun münasibətlərindən çox asılı olacaq: "Onlar arasında gərginlik bankların zərərinə işləyə bilər. Oxşar vəziyyət sığorta şirkətlərinə münasibətdə Maliyyə Nazirliyi ilə də yarana bilər. Bundan sonra istər sığorta, istərsə də bank bazarında baş verə biləcək gərginliyin məsuliyyəti ilk növbədə, Palatanın üzərinə düşəcək: "Elə buna görə də Mərkəzi Bank və Maliyyə Naziriyi ilə müqayisədə Palata sığorta şirkətlərinə və banklara, habelə investisiya fondlarına münasibətdə daha sərt olacaq və deməli, lisenziyanı ləğv etmək halları da çoxalacaq".

Xəbər lenti
0