04:38 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Zahid Oruc

"Müqəddəs adların verilməsi qadağan edilməlidir"

© Sputnik / Talyb Barkhudayev
TƏHLİL
Qısa URL
37702

Millət vəkili: "Bir çox adamlar Şuşanın, Ağdamın, Xankəndinin adlarını şadlıq evlərinin üstünə, restoranlara, xidmət sektoruna, hətta kafelərə köçürüblər"

BAKI, 1 fev — Sputnik. "İşğaldan sonra Azərbaycan insanları faciəmizin dərdini müxtəlif ədəbi əsərlərə, kinolara, lentlərə və s. daşıdılar. Bu, başadüşülən idi. Amma bir çox adamlarımız da Şuşanın, Ağdamın, Xankəndinin adlarını şadlıq evlərinin üstünə, restoranlara, xidmət sektoruna, hətta kafelərə köçürdülər".

Sputnik xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Zahid Oruc deyib. Deputatın sözlərinə görə, son zamanlar hər məsələni devalvasiya kontekstindən anlamağa başlamışıq.

"Mənə elə gəlir ki, bu, müqəddəs adları devalvasiya etdirməkdir. 100 faizini yox, bəlkə 1000 faizini. Hesab edirəm ki, Şuşa adı, ümumiyyətlə işğal edilmiş ərazilərimiz ilə bağlı bizim üçün müqqəddəs sayılan adların hamısı bu cür yerlərdən yığışdırılmalıdır. Biz bunu qadağan etməliyik".

Əlaqədar

Toy xərclərimiz risk altında: şadlıq saraylarına beh verməyin!
Bahalaşma şadlıq saraylarına da çatdı
Şadlıq evlərinin sahibləri qanunvericilikdəki boşluqdan yararlanırlar
"Durna teli" şadlıq sarayında qadın ölüb
Şadlıq evlərində köhnə yeməklərdən canımız qurtulacaq
Teqlər:
Zahid Oruc, plenar iclas, Milli Məclis, Xankəndi, Ağdam, Şuşa, işğal

Əsas mövzular