11:39 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
TƏHLİL
Qısa URL
3710

Türkiyəli politoloq: "İranın artan gücünün Türkiyə üçün problemə çevrilməməsi Ankaranın siyasətindən asılı olacaq. Şübhəsiz ki, İran bundan sonra bölgədə daha cəsur davranacaq"

BAKI, 19 yan — Sputnik. İranın nüvə proqramı ilə bağlı Qərb ölkələri və rəsmi Tehran arasında aparılan müzakirələr nəticə verdi və İran üzərindəki beynəlxalq sanksiyalar aradan qalxdı. Beləcə, Avropa Birliyinin İrandan neft alması üzərindəki maneələr həll edilmiş oldu.

Sanksiyaların ləğvindən sonra İranın sürətli inkişaf mərhələsinə qədəm qoyacağı gözlənilir. İri xarici şirkətlərin bu ölkəyə sərmayə qoymaq üçün növbəyə durması bunu deməyə əsas verir.

Bu proses sözsüz ki, tarix boyu bölgədə İranın rəqibi olan Türkiyəyə təsirsiz ötüşməyəcək. Baxmayaraq ki, türk rəsmiləri sanksiyaların ləğvindən məmnun olduqlarını açıqlayıblar.

Analitiklər, İranın dünya bazarına neft çıxarmaqla birlikdə ciddi gəlir əldə edəcəyini, bir sözlə Yaxın Şərqdə söz sahibi olmağa çalışacağını söyləyirlər. Bu da bölgədə türk-iran rəqabətini daha da artırmış olacaq.

Bu prosesin Türkiyənin İranla olan əlaqələrinə necə təsir edəcəyi ilə bağlı suala gəlincə, bu barədə ilk açıqlamanı Türkiyənin baş naziri Əhməd Davudoğlu verib. "Sanksiyaların qalxması ilə birlikdə Türkiyə-İran ticari əlaqələrinin daha da sürətlənəcəyinə inanıram", —deyə Davudoğlu bildirib.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, Türk-İran Biznes Şurası İdarə Heyətinin rəhbəri Bilgin Akgül, iki ölkə arasındakı ticarət həcminin yaxın illərdə 30 milyard dollara qalxacağını gözlədiklərini qeyd edib: "Qərbin təzyiqlərinə baxmayaraq Türkiyə embarqo müddətində İranın yanında dayandı. 200-ə yaxın türk firması İrana sərmayə qoydu. Neft-kimya sənayesindən ev tekstilinə, avtomobil sənayesindən qida maşınlarına, mebelə qədər çox fərqli sahələrdə investisiyalar oldu".

"İndi embarqoların qalxmasıyla bu gedişat daha da sürətlənəcək və iki ölkə arasındakı xarici ticarət həcmi bir neçə il içində 30 milyard dolları rahatlıqla tapacaq", —deyə Akgül bildirib.

Bundan başqa səhiyyə və xidmət sektorlarında da qarşılıqlı əlaqələrin güclənə biləcəyini deyən Akgül, inşaat sektoru, sərbəst bölgə, ya da otel administratorluğu kimi sahələrdə də Türkiyə firmalarına rollar düşə biləcəyini vurğulayıb.

Qeyd edək ki, İran ilə Türkiyə arasında hazırki ticarət dövriyyəsi 15 milyard dollar həcmindədir. 

Sanksiyaların qalxması ticari canlanma ilə yanaşı bir sıra qayğıları da artırıb. İstanbulda fəaliyyət göstərən Xarici Siyasət Araşdırmalar Mərkəzinin (XSAM) rəhbəri Ahmet Kasım (Əhməd Qasım), iqtisadiyyatı güclənən İranın bölgədə güclü oyunçuya çevriləcəyini deyib.

"İranın artan gücünün Türkiyə üçün problemə çevrilməməsi Ankaranın siyasətindən asılı olacaq. Şübhəsiz ki, İran bundan sonra bölgədə daha cəsur davranacaq", —deyə analitik qeyd edib.

Onun fikrincə, bundan sonra İranın Suriyada, Yəməndə, Körfəz bölgəsində daha aqressiv davranışlarının şahidi ola bilərik: "Tehran sahib olduğu bütün imkanlardan yararlanaraq Qərblə əlaqələrini daha da sağlamlaşdırmağa çalışacaq. Və bütün bu əlaqələr İranın Qərbin gözündə çəkisini artırmış olacaq".

Əlaqədar

ABŞ-dan ikibaşlı İran açıqlaması
Vyanada İran-Qərb görüşü keçiriləcək
Kerri: İrandakı “Ərak” nüvə reaktorunun işi dayandırılıb
Ərdoğan çıxışını terrorla başladı, Rusiya və İrana ismarıcla bitirdi
İran-Səudiyyə gərginliyi müzakirəyə çıxarıldı
Teqlər:
Avropa Birliyi, İran, Rusiya, Yaxın Şərq, Türkiyə, ABŞ

Əsas mövzular