14:19 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
TƏHLİL
Qısa URL
4711

Ərəstun Oruclu: Həm Türkiyə, həm də İsrail tərəfi anladı ki, bu iki dövlətin müttəfiqliyi bölgədəki maraqları baxımından olduqca vacibdir.

BAKI, 18 dek — Sputnik. İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən normallaşmasına dair razılıq əldə olunması ilə bağlı hər iki ölkə mediasında geniş xəbərlər yer almaqdadır. Həm Türkiyə, həm də İsrail hökumətləri xəbəri təkzib etməyib. Rəsmi Ankara, hələlik yekun razılığın olmadığını ancaq danışıqların uğurla getdiyini bildirsə də, Təl-Əviv tərəfi müzakirələrin artıq imza mərhələsinə çatığını açıqlayıb.

Mövzunu Sputnik-ə şərh edən "Şərq-Qərb araşdırmalar mərkəzi"nin rəhbəri, politoloq Ərəstun Oruclu, bölgədə Rusiyanın artan faktorunun bu iki ölkəni bir-birinə yaxınlaşdırdığını deyib.

"İsrail-Türkiyə münasibətlərinin pozulmasında ciddi əsas yox idi. Bu hər iki ölkə rəhbərlərinin şəxsi ambisiyaları ilə bağlı idi. Ərdoğan ölkədə çoxluq təşkil edən dindar təbəqənin səsini yığmaq üçün Fələstin problemini qabardaraq, anti-İsrail kartından yararlandı. İsrail tərəfi də analoji addım ataraq, Təl-Əvivdəki türk səfirinə qarşı qeyri-etik hərəkət etməklə ikili münasibətləri daha da korladı. Hər iki tərəf seçicilərdən istədiklərini alsalar da, sonrakı mərhələdə, həm Türkiyə həm də İsrail tərəfi anladı ki, bu iki dövlətin müttəfiqliyi bölgədəki maraqları baxımından olduqca vacibdir. Son olaraq Rusiyanın Yaxın Şərqə aktiv müdaxiləsi Təl-Əvivlə Ankaranı bir-birinə yaxınlaşdırdı".

Teqlər:
Təl-Əviv, politoloq Ərəstun Oruclu, Şərq-Qərb araşdırmalar mərkəzi, İsrail, Rusiya, Türkiyə

Əsas mövzular