03:10 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
Rusiya prezidenti Vladimir Putninin illik mətbuat konfransı (7)
12601

Türk politoloq: Vladimir Putinin bugünki çıxışı olduqca sərt idi.

BAKI, 17 dek — Sputnik. "Putinin son açıqlamalarından sonra Ankaranın Rusiya ilə yumşaq siyasət aparacağını sanmıram".

Bunu Sputnik-ə açıqlamasında Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq Yusuf Çınar deyib.

Çınar, Vladimir Putinin bugünki çıxışını olduqca sərt adlandırıb:

"Əgər bugün Türkiyə hökuməti ABŞ-la yaxınlıq edirsə, bu, Rusiya rəhbərliyinin aqqresiv siyasət aparmasından qaynaqlanır. Əgər Moskva, Türkiyədən mülayim rəftar gözləyirsə, özü Ankara ilə münasibətlərinə diqqət yetirməlidir. Danışıq tonunu daha da sərtləşdirməməlidir".

Türkiyənin bundan sonrakı dövrdə NATO və ABŞ-la daha yaxın əlaqələr quracağını deyən politoloq, Ankara ilə Moskvanın bir-birinə güvənmədiyini söyləyib.

Putinin Türkiyəni, Suriyaya yerləşdirdiyi S-400-lərlə hədələməsinə də münasibət bildirən Yusuf Çınar, bunun elə də asan olmadığını deyib.  Politoloq Türkiyənin NATO ölkəsi olduğunu xatırladıb:

"Türkiyə özünə qarşı hər hansı təhlükə yaranacağı təqdirdə NATO-nun çətirindən istifadə edəcək. Ona görə də, Rusiyanın təzyiqi o ölçüdə artıracağını düşünmürəm".

Rusiya prezidenti Vladimir Putin, bu gün keçirdiyi mətbuat konfransında, Türkiyənin ünvanına olduqca sərt ifadələr işlədib. Putin Türkiyəni, Suriyaya yerləşdirdiyi S400-lərlə də hədələyərək "Türkiyə Suriya sərhəddini daim pozurdu, bacarırsa indi də pozsun" deyib.

Kreml rəhbəri daha sonra bunları əlavə edib: "Türkiyə elə düşünürdü ki, onlar təyyarəmizi vurandan sonra biz oradan qaçacağıq! Yox, Rusiya elə ölkə deyil. Biz Suriyadakı mövcudluğumuzu möhkəmləndirdik, hərbi aviasiyanı gücləndirdik. İndi orada S-400-lərimiz var".

Mövzu:
Rusiya prezidenti Vladimir Putninin illik mətbuat konfransı (7)

Əsas mövzular