14:07 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8947
Qabil Huseynli

ABŞ-da Azərbaycan əleyhinə aktı yəhudi lobbisi əngəlləyə bilər

youtube
TƏHLİL
Qısa URL
4401

Qabil Hüseynli: Azərbaycan son vaxtlar Qərbin mesajlarını düzgün oxumağa başlayırdı və bu istiqamətdə işlər görürdü.

BAKI, 17 dek — Sputnik. "Kris Smit-in (Chris Smith) Azərbaycan hökuməti əleyhinə bu cür akt hazırlaması bizə elə də qəribə gəlməməlidir. Hərçənd ki, biz onu daim anti-azərbaycançı, ermənipərəst konqresmen kimi tanımışıq".

Bu barədə politoloq Qabil Hüseynli Sputnik-ə açıqlamasında deyib. O, yüksək vəzifəli azərbaycanlı rəsmilərin ABŞ-a girişini qadağan edən akt hazırlanmasını təxribat adlandırıb və bunun arxasında erməni lobbisinin dayandığını bildirib:

"Azərbaycanla Amerika arasında soyuq buzlar əriməyə doğru gedərkən belə bir aktın hazırlanması düşündürücüdür. Bu aktı hazırlayanlar Amerika ilə Azərbaycanın yaxşı münasibətlərini görmək istəməyənlərdir. Smit-in arxasında birbaşa erməni lobbisi dayanır. Onlar belə bir aktın konqresdən keçməsi üçün hər şeyi edəcəklər. Lakin mən konqresin belə yanlışa yol verəcəyini düşünmürəm. Çünki ABŞ-da kifayət qədər siyasətçi var ki, onlar nəyin düzgün nəyin səhv olduğunu yaxşı bilirlər".

Qabil Hüseynli Azərbaycan əleyhinə hazırlanan bu aktın konqresdən keçməməsi üçün rəsmi Bakının yəhudi lobbisindən istifadə edəcəyini də bildirib.

"Yəhudi lobbisi ABŞ-da daima Azərbaycanın yanında olub. Ona görə də rəsmi Bakı, bu lobbinin dəstəyindən və fəaliyyətindən maksimum yararlanmalıdır" — deyə politoloq əlavə edib.

Qabil Hüseynli deyib ki, Azərbaycan son vaxtlar Qərbin mesajlarını düzgün oxumağa başlayırdı və bu istiqamətdə işlər görürdü. Leyla və Arif Yunusların azadlığa buraxılması, üstəlik yeni il ərəfəsində əfv fərmanı hazırlığı buna sübutdur.

Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Kris Smit (Chris Smith) Qanunun Aliliyi və İnsan Haqları naminə Azərbaycan Demokratiya aktını (Azerbaijan Democracy Act of 2015) təqdim edib.

Qanun Azərbaycan hökumətinin yüksək vəzifəli rəsmilərinə Birləşmiş Ştatlara səfər vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur.

Əlaqədar

Qabil Hüseynli: NATO-nun sabahki yığıncağı olduqca gərgin keçəcək
Teqlər:
yəhudi lobbisi, Azerbaijan Democracy Act of 2015, Arif Yunus, Leyla Yunus, politoloq, Chris Smith, politoloq Qabil Hüseynli, Qabil Hüseynli, Azərbaycan, ABŞ

Əsas mövzular