22:24 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Fazil Mustafa

Deputatların maaşları kəsilə bilər?!

© Foto: APA
TƏHLİL
Qısa URL
11411

Fazil Mustafa: Əgər problem iqtisadi qanunlarla öz həllini tapmırsa, məmurun, deputatın maaşının azaldılması heç bir işə yaramır.

BAKI, 12 dek-Sputnik. Dünyada gedən qlobal iqtisadi böhran neft ölkəsi Azərbaycandan da yan keçməyib. Problem ölkəmizdə bir çox iş yerlərinin bağlanması, işçilərin ixtisarı, həmçinin əmək haqlarının azaldılması ilə müşahidə edilir. ABŞ və Avropanın iqtisadi sanksiyalar tətbiq etməsindən sonra çətin duruma düşən Rusiyada anti-böhran planı işlənib hazırlandı. Prosesin müsbət yöndə həllinə nail olmaq üçün prezident Vladimir Putin özü də daxil olmaqla hökumət başçısının, baş prokuror və istintaq komitəsi sədrinin maaşlarını 10 faiz azaltdı.

Azərbaycandan yan keçməyən iqtisadi təlatümlər şəraitində hökumət nümayəndələri, məmurlar, eyni zamanda deputatların maaşlarının azaldılması gerçəkləşə bilərmi? Deputatlar bu addımı necə qarşılayar?

Sputnik Modern-ə istinadən xəbər verir ki, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa indiki şəraitdə məmurların maaşının azaldılmasının heç bir əhəmiyyəti olmadığını deyib: "Əgər problem iqtisadi qanunlarla öz həllini tapmırsa, məmurun, deputatın maaşının azaldılması heç bir işə yaramır. İş yerləri bağlanır və işsizlik artır. Qiymətlər qalxır deyə yoxsulluq azalmır".

Deputatın fikrincə, hadisələrə real iqtisadi yanaşma olarsa, məmurların maaşı azaldıla bilər: "Real iqtisadi yanaşma olmayanda məmurun aldığı maaş bazar qiymətləri ilə onu qoruyacaq qədər yetərli deyil. Ona görə bunu tətbiq etməzdən əvvəl düşünmək lazımdır. Əgər ümumi fədakarlıqdırsa, onda gerçək iqtisadi vəziyyət 1 faiz həll olunmalıdır. Cəmiyyət inandırılmalıdır ki, belə addımın atılması işin faydasına ola bilər, bununla müəyyən dərəcədə qənaətə nail olmaq mümkündür.

Bütün bunlar yoxdursa, indiki şərtlər daxilində məmurun maaşının azaldılması əlavə problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, məmurlar da bu ölkənin vətəndaşlarıdır, onların da yaşayış standartları var. Ola bilsin ki, müəyyən ixtisarlara gedilsin, amma bunun özü də insanların işsiz qalması ilə nəticələnəcək. Populizm naminə, hərənin maaşı 100 manat azaldılmaqla nəyəsə nail olmaq mümkün deyil. Ölkədə daha kritik vəziyyət yaranarsa, məmurların maaşlarının azaldılmasına getmək olar".

Onun fikrincə, indiki vəziyyətdə çıxış yolu real iqtisadi rəqabət mühiti yaratmaqdır: "Azərbaycanda inhisarçılıq yığışdırılarsa, bircə günün içərisində təşəbbüskarlıqla müəyyən problemləri həll etmək olar".

Teqlər:
məmur, iqtisadi, cəmiyyət, deputat, prezident, millət vəkili, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, Vladimir Putin, Rusiya, iqtisadi sanksiyalar, Avropa, ABŞ, Fazil Mustafa, Azərbaycan

Əsas mövzular