23:57 23 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
TƏHLİL
Qısa URL
9710

Nevzat Çiçək: Əsas hədəf Suriyanın şimalında Türkiyənin yaratmaq istədiyi "Təhlükəsizlik bölgəsi"nə əngəl olmaqdır.

BAKI, 10 sent-Sputnik. "İğdır-Qars-Ərdahan xəttindəki terror hadisələri xaricdən dəstəklə törədilir".

Sputnik xəbər verir ki, bunu APA-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, Nevzat Çiçək deyib.

O bildirib ki, 2012-ci ilin yazında hökumət "çözüm prosesi"nin startını verib: "Prosesdə hökumət Abdulla Öcalanı əsas tərəf-müqabil kimi dəyərləndirirdi. Plana görə, PKK terror aksiyaları həyata keçirməməli idi. 7 iyundakı seçkidə Xalqların Demokratiya Partiyası (HDP) 13% səs alıb Məclisdə 80 mandat qazansa da yeni hökumətin qurulması prosesindən kənarda qaldı. 20 iyulda Şanlıurfanın Suruç qəsəbəsində 33 gəncin ölümü ilə nəticələnən hadisə isə tərəflər arasındakı etimad mühitini aradan qaldırdı. 3 illik "çözüm prosesi" PKK-ya xeyli silah-sursat yığmağa imkan yaratmışdı".

Ekspert deyib ki, hazırda PKK Suriyanın şimal bölgələrində "Təhlükəsiz bölgə" yaradılmasına qarşı çıxır: " Çünki orada "Təhlükəsiz bölgə" yaranarsa, PKK-nın Suriyadakı qolu PYD də Türkiyənin nəzarəti altında qalacaq. Bilirsiniz ki, PKK Qərb ölkələrinin terrorçu təşkilatlar siyahısındadır, PYD isə o siyahıda deyil, ona görə Türkiyə PKK silahlarının PYD-nin əlinə keçə biləcəyindən də narahatdır. Hazırkı vuruşmaların əsas hədəfi Suriyanın şimal bölgələrində Türkiyənin yaratmaq istədiyi "Təhlükəsizlik bölgəsi"nə əngəl olmaqdır".

Çiçək son günlər baş verən hadisələri, xüsusilə İğdır, Qars, Ardahan bölgəsində yaradılmış təhlükəli vəziyyətin xarici qüvvələrin də marağına cavab verdiyini qeyd edib: "Bölgədə cərəyan edən prosesləri daxili baxımdan PKK-nın orada sahə hakimiyyəti qazanmaq, xarici baxımdan isə beynəlxalq qüvvələrin o bölgədə Türkiyəni narahat etmək cəhdləri kimi qiymətləndirirəm. Ukraynada cərəyan edən proseslərin Türkiyənin şimali-şərq bölgələrində baş verən terror hadisələri ilə əlaqəsi olduğunu düşünürəm. Xatırlayırsınızsa, yaxın keçmişdə Krımda "müsəlman ordusu" yaradılmasına dair təşəbbüs oldu. Ermənistanda yuvalanmış PKK qüvvələrindən istifadə edildiyi, sərhəddə Türkiyəni narahat edən terror hadisələri törətməkdə maraqlı güclərin də olduğu göz qabağındadır. Son dövrdə Ərdahandan başlayaraq Ermənistan sərhədi boyunca Naxçıvana qədər gedib çıxan ərazidə baş verənləri bu nöqteyi-nəzərdən dəyərləndirməyin tərəfdarıyam".

 

Teqlər:
terror, Suriya, Suruç, Şanlıurfa, İğdır-Qars-Ərdahan, terror, HDP, PYD, PKK, Nevzat Çiçək, Türkiyə

Əsas mövzular