15:30 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
1910

Zərdüşt Əlizadə: Azərbaycan iqtisadiyyatı Türkiyədəki proseslərdən yox, neftin qiymətindən asılıdır.

BAKI, 2 sent – Sputnik. “Türkiyədəki parlament seçkilərində hansı partiya qalib gəlir gəlsin, bunun Azərbaycanla münasibətlərə nə siyasi, nə də iqtisadi təsiri olmayacaq.”

Bunu Sputnik-ə verdiyi açıqlamada politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, bu iki ölkə arasında olan münasibətlər heç bir siyasi gedişatla əlaqəli deyil.

“Seçkilərdə hansı partiyanın qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan əlaqələri dəyişməyəcək. Bura həm siyasi, həm də iqtisadi tərəfdaşlıq daxildir” — deyə Əlizadə qeyd edib.

Türkiyə iqtisadiyyatının tək partiyalı dövrlərdə daha güclü olduğu cumhuriyyət tarixində də dəfələrlə sübut olunub. Koalisiya hökumətinin qurulacağı təqdirdə bunun Azərbaycan iqtisadiyyatına mümkün təsirindən də danışan Zərdüşt Əlizadə, mənfi bir şey gözləmədiyini deyib. 

“Hətta Türkiyə iqtisadiyyatı çöksə belə, bunun ölkəmizə heç bir təsiri olmayacaq. Çünki Azərbaycan iqtisadiyyatı Türkiyədəki proseslərdən yox, neftin qiymətindən asılıdır” – deyə politoloq əlavə edib.


Teqlər:
koalisiya, Azərbaycan, Türkiyə, Zərdüşt Əlizadə, Zərdüşt Əlizadə, Türkiyə

Əsas mövzular