17:24 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Sabir Rüstəmxanlı

Sərt reaksiyalarla Rusiyaya təsir etmək heç vaxt effektli olmayıb

interpress.az
TƏHLİL
Qısa URL
2511

Sabir Rüstəmxanlı: Gürcüstanın Abxaziya bölgəsi faktiki olaraq Rusiyanın işğalı altındadır.

BAKI, 27 avq – Sputnik. Gürcüstanın Abxaziya bölgəsi faktiki olaraq Rusiyanın işğalı altındadır və o bölgədə Moskvanın təsiri açıq-aydın özünü göstərir. Millət vəkili Sabir Rüstəmxanlı Abxaziyada ibtidai təhsilin rus dilinə keçməsini Sputnik-ə şərh edərkən belə deyib.

Rəsmi Tiflisin məsələyə reaksiyasına gəlincə, millət vəkili deyib ki, bugünə kimi necə olubsa, bundan sonra da elə olacaq: “Sərt reaksiyalarla Rusiyaya təsir etmək heç vaxt effektli olmayıb. Əgər oradakı xalq bununla barışırsa, bu, artıq onların öz problemidir”.

Gürcüstandan ayrılaraq birtərəfli şəkildə müstəqilliyini elan edən Abxaziyanın Gali bölgəsində ibtidai təhsil bundan sonra rus dilində veriləcək. Qərar bütün məktəbləri əhatə edir.

tələbə
© Sputnik / Kirill Kallinikov

Gürcü əhalinin sıx yaşadığı Gali bölgəsindəki bir nəfər məktəb müdiri birinci sinifdən 5-ci sinfə qədər bütün şagirdlərin rus dilində təhsil alacağını söyləyib.

Bundan sonra məktəblərdə rus dili və ədəbiyyatı dərsləri həftədə 7 saat, gürcü dilində olan dərslərin isə 3 saat olacağı açıqlanıb.

Məsələ ilə bağlı hələlik Gürcüstan hökumətindən rəsmi açıqlama verilməyib. Son qərara rəsmi Tiflisin sərt reaksiya verəcəyi gözlənilir.

Teqlər:
Rusiyanın işğalı, Abxaziyada təhsil, Abxaziya məktəblərində təhsil, Abxaziya məktəblərində rus dilində təhsil, millət vəkili Sabir Rüstəmxanlı, Sabir Rüstəmxanlı, Gürcüstanın Abxaziya bölgəsi, Abxaziyanın Gali bölgəsi, Abxaziya, Gürcüstan, Azərbaycan

Əsas mövzular