09:32 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
Avropada mühacir böhranı (13)
11311

Almaniya kansleri Angela Merkel vǝ Fransa prezidenti Fransua Olland bu mǝsǝlǝdǝ İttifaq üzvlǝrinin yekdil olmalarını istǝyib.

BAKI, 25 avq – Sputnik. Avropa 2-ci Dünya müharibǝsindǝn sonra tarixinin ǝn ciddi qaçqın problemi ilǝ üzləşib.

Suriya, İraq, Əfqanıstan və digər münaqişə bölgələrindən olan minlǝrlǝ insan Avropaya köç edə bilmək üçün qadın, uşaq, yaşlı demədən yollara düşür.

Onların çox böyük bir qismi iztirablı səfərə dözməyərək Aralıq dǝnizindǝ hǝyatını itirir. Hǝyatda qalanların köhnə qitədəki ilk dayanacağı isǝ İtaliyanın cǝnub sahillǝri olur. İmmiqrantların çoxu xǝstǝ olduğundan müalicǝ üçün xǝstǝxanalara yerlǝşdirilir. 

Təkcə son bir hǝftǝdǝ İtaliyanın liman bölgələrinə 4 min qaçaq mühacir gəlib. İmmiqrantlar üçün digǝr bir seçim isǝ quru yoludur. Onlar Yunanıstan, Makedoniya vǝ Serbiyadan sonra Avropa İttifaqına üzv olan Macarıstana çatmağı qarşılarına mǝqsǝd qoyurlar. Son bir hǝftǝ ərzində bölgǝyǝ çatan qaçqın sayı 7 minǝ yaxınlaşıb. 

Avropa Birliyi ölkəlǝri isǝ bu köç dalğasına çarǝ axtarır. 

Almaniya kansleri Angela Merkel vǝ Fransa prezidenti Fransua Olland bu mǝsǝlǝdǝ İttifaq üzvlǝrinin yekdil olmalarını istǝyib.

Son günlǝrdǝ mühacir axınına mǝruz qalan Macarıstan isǝ Serbiya ilǝ sǝrhǝddǝ divar hörərək hǝll yolunu tapıb. 

Mühacir axını Avropada onlara qarşı düşmǝnçilik hallarını da çoxaldıb. 

Son olaraq Almaniyanın paytaxtı Berlindǝ sığınacaq tǝlǝb edǝnlǝrin olduğu bina yandırılıb.

Tramvaydakı bir mühacir ailǝ isǝ ǝvvǝl şifahi olaraq narahat edilib, sonra da döyülüb. 

Mövzu:
Avropada mühacir böhranı (13)
Teqlər:
Avropada qaçqın miqrantlar, Avropada qaçqın miqrant, Avropada qaçqın, Avropada miqrantlar, Avropada miqrant

Əsas mövzular