22:01 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
TƏHLİL
Qısa URL
3501

Qulu Məhərrəmli: Vladimir Putinin bu təklifi, əslində Bəşər Əsədin leqitimliyini qəbul etdirmək üçündür.

BAKI, 13 avq – Sputnik. Rusiya prezidenti Vladimir Putinin İŞİD-ə qarşı yeni koalisiya təklifi beynəlxalq arenada ciddi etirazla qarşılanıb. Belə ki, Kreml rəhbəri İŞİD-lə mübarizədə təklif etdiyi koalisiyada Bəşər Əsədin də yer almasını istəyib. Bu isə Ərəb ölkələrini, o cümlədən Türkiyəni narahat edib.

Mövzunu Sputnik-ə şərh edən siyasi şərhçi, BDU-nun professoru Qulu Məhərrəmli də Putinin təklifini qeyri-real hesab edir: “Vladimir Putinin bu təklifi, əslində Bəşər Əsədin leqitimliyini qəbul etdirmək üçündür. Ona görə də biz bunu hiyləgər təklif adlandıra bilərik. Belə bir koalisiyanın gerçəkləşməsi, əlbəttə mümkün deyil. Bir-birilərini sərt tənqid edən güclər, bir-birinə zidd qüvvələr İŞİD-ə qarşı heç vaxt birgə mübarizə apara bilməzlər.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Türkiyə səfərini gözlənilmədən təxirə salmasını da dəyərləndirən Qulu Məhərrəmli, iki ölkə arasında Suriya məsələsinə görə bəzi problemlər yaşandığını, ancaq bunun keçici olduğunu deyib. 

“Hazırda Türkiyə və İran arasında bir sıra problemlər yaşanmaqdadır. Ancaq bu keçicidir. Çünki hər iki ölkə bir-biri ilə çox əlaqəlidir. Məsələn, bu gün Türkiyədə yaşanan hadisələr İranın da diqqət mərkəzindədir. Türk ordusunun bölgədə PKK-ya qarşı apardığı savaş əslində İranın da xeyrinədir. Çünki bu terror fəaliyyəti rəsmi Tehranı da ciddi narahat edir. Bu iki ölkənin biri-biri ilə yaxın olmaqdan başqa yolu yoxdur” — deyə professor Qulu Məhərrəmli əlavə edib.


Teqlər:
İŞİD terror qruplaşması, İŞİD, BDU-nun professoru, Qulu Məhərrəmli

Əsas mövzular