21:23 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Муса Гасымлы, политолог

Beynəlxalq şərait Birinci dünya müharibəsi ərəfəsindəkindən pisdir

© Photo: Teleqraf
TƏHLİL
Qısa URL
10131

İkinci dünya müharibəsindən sonrakı dövrdə bəşəriyyət heç bir zaman bu qədər mürəkkəb hərbi-siyasi və iqtisadi şəraitlə üzləşməyib.

BAKI, 7 avq — Sputnik. Bu günkü beynəlxalq şəraiti Birinci dünya müharibəsi ərəfəsindəki vəziyyətlə müqayisə etmək olar və indi vəziyyət bəlkə ondan da pisdir.

Bunu Sputnik-ə açıqlamasında millət vəkili, professor Musa Qasımlı Yaxın Şərq bölgəsindəki vəziyyəti, xüsusən də Türkiyənin ABŞ-la anlaşmaya gələrək antiterror əməliyyatına başlamasından sonra yaranmış durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-la Türkiyə arasında aparılan danışıqların detalları açıqlanmır. “Lakin baş verən proseslərin ilkin təhlili bəzi nəticələr çıxarmağa imkan verir.  İlk növbədə qeyd etmək lazımdır ki, indi bütün dünyada vəziyyət çox mürəkkəb və qarmaqarışıqdır. Beynəlxalq şəraiti Birinci dünya müharibəsi ərəfəsindəki vəziyyətlə müqayisə etmək olar. İndi vəziyyət bəlkə ondan da pisdir. İkinci dünya müharibəsindən sonrakı dövrdə bəşəriyyət heç bir zaman bu qədər mürəkkəb hərbi-siyasi və iqtisadi şəraitlə üzləşməyib. Hadisələr o qədər sürətli, çevik və dəyişkəndir ki, onları proqnozlaşdırmaq xeyli çətindir. Dünyada gedən iqtisadi böhran bu proseslərə xüsusi təsir edir. Sanki bəşəriyyət yeni dünya müharibəsi ərəfəsindədir və ya o gedir”, — deyə M. Qasımlı bildirib. 

Millət vəkilinin fikrincə, xüsusən,  Yaxın Şərqdə vəziyyət daha ağırdır. “Bu regionda, ən başlıcası isə Suriyada ABŞ, Türkiyə və bəzi Qərb dövlətlərinin mövqeyi  ilə İran, Rusiya, Suriya və digərlərinin mövqeləri toqquşur. Hər şey qarışıqdır. Bloklaşma gedir”, — deyə M. Qasımlı vurğulayıb. 

Qasımlı əlavə edib ki, terror təşkilatı olan İŞİD Suriyada Bəşər Əsəd rejiminə qarşı da hərbi əməliyyatlar aparır: “ABŞ və Türkiyə də Bəşər Əsədə qarşıdır. Lakin Bəşər Əsəd də İŞİD-ə qarşı mübarizə aparır, ABŞ da, Türkiyə də. Bu, nə anlama gəlir?  Bu məsələdə ABŞ və Türkiyənin mövqeyi, bəzi istisnalar olmaqla, üst-üstə düşür. Türkiyə həm də PKK və ona yaxın olan terror təşkilatlarına qarşı mübarizə aparır. ABŞ isə bildirir ki, PKK-ya qarşı  mübarizədə Türkiyənin hərəkətləri qanunidir, lakin Ankara diqqəti daha çox İŞİD-ə qarşı mübarizəyə ayırlmalıdır. Lakin məlum olduğu kimi, bir terror təşkilatı yaxşı, digəri  isə pis ola bilməz. Terrorçu terrorçudur.”

Rusiya və İranın bölgədəki fəaliyyətinə gəldikdə isə millət vəkili bildirdi ki, Rusiya, İran və digər dövlətlər də İŞİD-ə qarşıdırlar, lakin Bəşər Əsədi müdafiə edirlər: “Onlar ABŞ-ın regiondakı hərəkətlərini qətiyyən qəbul edə bilmirlər. Yaxın Şərqdə bu və digər dövlətlərin maraqları toqquşur. Deməli, proseslər hələ başlanğıc mərhələsindədir. Baş verən proseslərin pərdə arxasında  maraqları toqquşan dövlətlərin enerji, hərbi-strateji və siyasi maraqları durur. 

Tarixdən də məlumdur ki, hər bir müharibədən sonra coğrafi-siyasi sərhədlər yenidən cızılır. İndi isə artıq Suriya və İraqda dövlət suverenliyinin ölkə ərazisində tam hakim olmadığı aydın görünür.  Suriyada adları çəkilən və digər dövlətlər arasında amansız mübarizənin gedəcəyi və regionun yenidən şəkillənəcəyini indidən söyləmək olar. Necə şəkillənəcək? Bunu söyləmək çətindir. Bundan isə ilk növbədə region xalqları dəhşətli  əziyyətlər çəkəcəklər.”

Azərbaycanın bölgədə baş verən hadisələrə mövqeyinə gəldikdə M. Qasımlı bildirdi ki, hadisə və proseslər hələ başlanğıc mərhələsində olduğundan Azərbaycan da daxil olmaqla digər dövlətlər düzgün olaraq gözləmə mövqeyindədirlər. “Azərbaycan Respublikası erməni terrorundan əziyyət çəkən, ərazilərinin bir hissəsi işğal altında olan dövlətdir.  Dövlətimiz  beynəlxalq terrorizmə qarşı mübarizədə fəali iştirak edərək, öz töhfəsini verir. Qanunlar qəbul edilib, sərtləşdirilib  və dövlətimiz müvafiq beynəlxalq konvensiyalara qoşulub", — deyə millət vəkili vurğulayıb.

Teqlər:
professor Musa Qasımlı, Musa Qasımlı, ABŞ, Suriya, Türkiyə

Əsas mövzular