01:24 26 Fevral 2018
Canlı yayım
Bank

Bankların bağlanması və müflis olması ciddi sosial təlatüm yaradacaq

bankstandard.com
TƏHLİL
Qısa URL
14231

Qubad İbadoğlu: Azərbaycanda hər min nəfərin 1273 ədəd kredit və əmanət hesabı var və bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat təşkil edir.

BAKI, 29 iyul-Sputnik. Əgər Mərkəzi Bank qısa müddətli dövrdə pul-kredit siyasətini düzgün tənzimləməzsə, bankların mövcud problemləri sosial katalikizmlərə gətirib çıxara bilər. 

Sputnik xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu son dövrlərdəki bankların pul-kredit siyasəti ilə bağlı məsələni şərh edərkən bildirib. 

Öz facebook səhifəsində məsələyə aydınlıq gətirən iqtisadçının sözlərinə görə, Azərbaycanda hər min nəfərin 1273 ədəd kredit və əmanət hesabı var və bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 milyard manat təşkil edir.

Qubad İbadoğlu
amerikaninsesi.org
Qubad İbadoğlu

“Əgər Mərkəzi Bank qısamüddətli dövrdə pul-kredit siyasətini düzgün tənzimləməzsə, bankların mövcud problemləri ciddi sosial fəsadlar və iqtisadi çətinliklər yarada bilər.” — deyə İbadoğlu bildirib.

İqtisadçı ekspert hesab edir ki, bank-müştəri münasibətlərində gərginliyin getdikcə artması, qeyri-qənaətbəxş və təhlükəli kreditlərin həcminin çoxalması, əmanətlərin azalması və sürətlə dollarlaşması, bank sektorunun aktivlərinin azalması, xarici borcunun qalıq məbləğinin cəmi öhdəliklərdə payının yüksəlməsi və digər neqativ tendensiyalar Mərkəzi Bankdan ciddi və təxirəsalınmaz qərarların qəbulunu tələb edir. 

“Statistik məlumatlara görə, 2013-cü ildə əhalinin yetkinlik yaşına çatmış hər 1000 nəfərinin 1244 ədəd, 2014-cü ildə 1259, 2015-ci ilin I-ci rübünün sonuna 1273 ədəd kredit və əmanət hesabı olub. Bu o deməkdir ki, hər bir Azərbaycan əhalisi bu və digər formada banklarla təmasdadır. Odur ki, bankların bağlanması və ya müflis olması cidd sosial təlatümlərə gətirib çıxara bilər. 

Bəzi bankların problemi yalnız daxildə müştərilərlə deyil, həm də xaricdəki maliyyə institutları arasında da müşahidə olunur. Belə ki, 31 mart 2015-ci il tarixinə Azərbaycan bank sektorunun xarici borcunun qalıq məbləği 6.4 mlrd. manat və ya cəmi öhdəliklərin 22%-ni təşkil edib. Manatın xüsusilə kəskin devalvasiyasından sonra bankların xarici valyutalarla götürülən öhdəliklərini yerinə yetirməsində qarşılaşdığı çətinliklər onların maliyyə durumunu getdikcə pisləşdirməkdədir.” – Qubad İbadoğlu əlavə edib.

Əsas mövzular