04:55 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
TƏHLİL
Qısa URL
5911

Qulu Məhərrəmli: Yunan xalqı nə istədiyini bilmir

BAKI, 16 iyul – Sputnik. Avropa Birliyi və Beynəlxalq valyuta fondunun təkliflərini qəbul etməyə məcbur olan Yunan hökuməti əleyhinə son iki gündür paytaxt Afina və digər iri şəhərlərdə geniş aksiyalar keçirilir. Xalq beynəlxalq kreditorların iqtisadi böhrandan çıxmaq üçün Yunan hökumətinə təklif etdiyi kəmər sıxma, ixtisar siyasətinə etiraz edir.

BDU-nun professoru Qulu Məhərrəmli Sputnik-ə Yunanıstandakı mövcud vəziyyəti şərh edərkən deyİb: “Mən düşünürəm ki, Aleksis Tsipras hökuməti çox doğru addım atır. Çünki Yunanıstanın maliyyə resursları ölkəni iqtisadi böhrandan çıxartmağa imkan vermir. Milli gəlirlər olduqca azalıb. Ona görə də Yunanıstanın Avropadan yardım almaqdan başqa yolu yoxdur.”

Qulu Məhərrəmli Yunan xalqının çaşqın vəziyyətə düşdüyünü söyləyib: 

“Yunanıstanda olduqca qəribə bir vəziyyət yaranıb. Xalq nə istədiyini tam anlaya bilmir. Bir tərəfdən Avropa Birliyi tərkibində qalmaq istəyir, digər tərəfdən onların verdiyi məsləhəti qulaqardına vurur. Çünki Avropanın verdiyi təklifə görə, bütün sahələrdə kəmər sıxma siyasəti yürüdülməlidir, artıq xərclərdən imtina edilməlidir. İqtisadi böhrandan ancaq bu yolla xilas olmaq olar. Yunan xalqı da məhz bundan qorxur və çəkinir”

Məhərrəmli Yunanıstandakı mövcud vəziyyətin bir sıra qlobal layihələrə, o cümlədən ölkəmizin də maraqlı olduğu TAP və TANAP layihələrinə də qismən təsir etdiyini deyib. 

Ekspert əlavə edib ki, yunan xalqı illüziyalardan oyanmalı və reallıqlarla barışmalıdır. 


Teqlər:
Beynəlxalq valyuta fondu, Avropa Birliyi, Aleksis Tsipras, Qulu Məhərrəmli, Yunanıstan

Əsas mövzular