21:56 19 Noyabr 2017
Canlı yayım
Çin ABŞ dolları

Çin dolları "məhv etməyə" hazırlaşır

© Sputnik / Natalya Seliverstova
TƏHLİL
Qısa URL
1001

Çin ABŞ valyutasını öz qızıl ehtiyatları vasitəsilə sarsıda bilər

BAKI, 18 may — Sputnik. Çin ABŞ valyutasını öz qızıl ehtiyatları vasitəsilə sarsıda bilər. Bu barədə Want China Times internet resursu yazır. İqtisaçı Jin Zixounun fikrincə, Çin 30 min tonluq qızıl ehtiyatları vasitəsilə qeyri-sabit ABŞ valyutasına sarsıdıcı zərbə endirə bilər.

Onun sözlərinə görə, əgər Çin qlobal ticarət və maliyyə bazarlarında ABŞ-a meydan oxumaq fikrindədirsə, Pekin qızıl fondunun əhəmiyyətli hissəsindən istifadə etməli olacaq. 

Ekspert əmindir ki, bu yolda atılacaq addımlardan biri Çin yuanının Beynəlxalq Valyuta Fondunun (BFV) ehtiyat valyutalar səbətinə daxil edilməsi olacaq. 

"ÇXR qızıl ehtiyatlarını artıraraq dolların kursunun düşməsinə hazırlaşır. Hazırlaşan təkcə Çin deyil. 2005-ci ildən bəri qızıl-valyuta ehtiyatlarını ikiqat artırmış Rusiya və 2,8 ton qızıla malik BVF də bu prosesə hazırlaşır.

Əgər Çinin həqiqətən 30 min ton qızılı varsa, yuan güclü qalxanla möhkəmlənəcək. Hətta bu həqiqətə uyğun deyilsə, heç kim deyə bilməz ki, Çin sürətlə "qızıl toplamır" və onun dünya maliyyə bazarlarındakı vəziyyəti möhkəm deyil", deyə Zixou bildirib.

Want China Times-ın yazdığına görə, Çin iqtisadiyyatı 2016-cı ildə ABŞ iqtisadiyyatını keçəcək və yuan dünyanın əsas ehtiyat valyutası olacaq. 

"Lakın bu dəyişikliklər bir anda baş verməyəcək. Dəqiq olan Çinin qızıl hasilatına görə dünyada birinci yerdə olmasıdır", deyə resurs vurğulayır.

Əsas mövzular