21:16 25 İyun 2017
Canlı yayım
yaşayış kompleksi

Ekspert: Evlərin qiyməti düşəcək

akadem-park.ru
TƏHLİL
Qısa URL
2702

Bakı şəhərinin əmlak bazarında qiymətlərin düşməsi gözlənilir

BAKI, 18 may — Sputnik. Bakı şəhərinin əmlak bazarında qiymətlərin düşməsi gözlənilir. İqtisadçı-ekspert Fuad Əlizadənin fikrincə, bu biznes dairələrin iri məbləğdə nəqd vəsait əldə etmək zərurətindən irəli gəlir.

"MBA LTD" konsaltinq şirkətinin məlumatına görə, Bakının ikinci əl daşınmaz əmlak bazarında ay ərzində kvadrat metrin qiyməti 6,12% düşüb: qiymət 2015-ci ilin martındakı 1886 manat/kv.metrdən apreldə 1770 kv/metrədək düşüb. 

"Daşınmaz əmlakın qiymətinin düşməsi tendensiyası ölkədəki son hadisələrin fonunda davam edəcək. Söhbət iri biznesmenlərə qarşı irəli sürülmüş götürülmüş kreditlərin vaxtında ödənilməsi tələbindən gedir. İş ondadır ki, işgüzar dairələr nəqd vəsaitlər əldə etmək üçün daşınmaz əmlakın satışı prosesini sürətləndirəcəklər. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta aylıq əmək haqqı bu ilin yanvar-fevral aylarında 449,5 manat təşkil edib. Demək, biznesmenlər evləri daha çox vətəndaşa satmaq üçün onların qiymətini xeyli aşağı salmalı olacaqlar", deyə ekspert bildirib. 

Azərbaycanda ümumi mənzil fondu 166,4 milyon kvadrat metrdir. Beləliklə, hər bir vətəndaşa 18 kvadrat metr mənzil sahəsi düşür. Əhalinin mənzillə təmin olunması göstəricisi inkişaf etmiş ölkələrdəki, həmçinin bəzi MDB dövlətlərindəki analoji rəqəmlərdən geri qalır. Qazaxıstanda bu rəqəm 21, Rusiyada 23, Avropada 49,7, ABŞ-da isə 65 kvadrat metrdir.

Əsas mövzular