Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ay Bakıda növbəti böyük tədbir keçiriləcək

© Sputnik / Murad OrujovВид на комплекс зданий Flame Towers в Баку
Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il konfransda çəkiliş studiyası və jurnalistlər üçün mətbuat zonasından ibarət media-mərkəz təşkil olunacaq

BAKI, 9 aprel — Sputnik. Bu il Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri — Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgi və konfransı öz 25 illik yubileyini qeyd edir. Sərginin işgüzar proqramını müşayiət edən və 30-31 may tarixində "Fairmont Baku" otelində keçiriləcək Beynəlxalq "Caspian Oil & Gas" konfransı builki tədbirin mühüm bir hissəsini təşkil edir. Regionda neft-qaz sənayesinin əsas tədbiri olan konfrans, hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. "Caspian Oil & Gas" layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən mühüm dəstək göstərilir.

Bu il konfransda aparıcı şirkətlərin 500-dən çox ali rəhbərləri, eləcə də sənaye nazirliklərinin nümayəndələri və nüfuzlu sənaye mütəxəssisləri bir arada toplanacaqlar və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlər xüsusunda fikir mübadiləsi aparacaqlar. 

Вид на комплекс зданий Flame Towers в Баку - Sputnik Azərbaycan
Bakıda daha bir maraqlı sərgi keçiriləcək

Konfransda "Neft və qaz sənayesində qlobal və iqtisadi perspektivlər-neftin qiyməti və böhran şəraitində mövcud olan imkanlar", "Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən neft-qaz əməliyyatları: keçmişi, bu günü və gələcəyi. Azərbaycan neft və qaz sənayesi üçün yeni impuls", "Neft və qaz layihələrinin maliyyələşdirilməsi və yatırılan investisiyalar müqabilində xalis gəlirin təmin edilməsi- iddialar və imkanlar", "Yerli geoloji kəşfiyyatda əldə olunan yeniliklər, perspektivlər", "Hasilatda olan yeniliklər", "Energetika təhlükəsizliyi", "Neft qaz elmində olan yeniliklər, beynəlxalq əməkdaşlıq", "Xəzəryani layihələr üzrə yeni imkanlar", "Xəzər regionu üzrə Azərbaycanın güclü tərəfləri: dəmir yolu, dəniz nəqliyyati və magistral boru kəməri", "Ekoloji və sənaye təhlükəsizliyi sahəsində qabaqcıl texnologiyalar. Konkret faktların təhlili", "Neft emalı və neft-kimya sənayesinin perspektivləri. Cari vəziyyət və gələcək perspektivlər", "Neft emalı və neft-kimya sənayesi üçün texniki xidmət əməliyyatlarinin əhəmiyyəti. Konkret faktların təhlili", "İnqilabi deyişiklər. Innovativ rəqəmsal texnologiyaların sənayeyə olan təsiri" adlı mövzuları müzakirə olunacaq.

Bu il konfransda çəkiliş studiyası və jurnalistlər üçün mətbuat zonasından ibarət media-mərkəz təşkil olunacaq. Media-mərkəzin cədvəli olduqca zəngindir. Birbaşa konfrans zamanı müxtəlif dünya ölkələrindən iştirak edən ən iri şirkətlərin ali rəhbərləri və sənaye liderləri ilə canlı müsahibələr yayımlanacaq.

Beləliklə, konfrans ənənəvi olaraq podratçılara sifarişçilər və həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirəcəkdir. Konfrans barədə ətraflı məlumatı www.oilgasconference.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, Sputnik Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" sərgi və konfransının informasiya tərəfdaşıdır.

Xəbər lenti
0