Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bakıda daha bir möhtəşəm tədbir keçiriləcək

Abunə olmaq
"Caspian Agro" sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq

BAKI, 14 mart — Sputnik. 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu – 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018" sərgisi keçiriləcək. Sərgi aqrar sektorun ən müxtəlif sahələrini təmsil edən şirkətlər üçün nəzərdə tutulmuş kənd təsərrüfatı texnikasının, habelə avadanlıq və texnoloji həll variantlarının tematik nümayişini təmin edən ən iri regional platforma statusunu bir daha təsdiq edəcək. Həmçinin tərəvəzçilik, sənaye təyinatlı bağçılıq və üzümçülük sahələri üçün müasir kənd təsərrüfatı texnologiyalarını təqdim edən bu sərgi layihəsinin məqsədi meyvə-tərəvəz biznesinin sahə və bağlardan tutmuş istehlakçılara qədər bütün prosesi çərçivəsində həm yerli, həm də qlobal müstəvidə mövcud olan ən yaxşı məhsul və xidmətləri nümayiş etdirməkdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "Caspian Agro" sərgisinə yaxından dəstək göstərir. Həmçinin, sərgi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. 

XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi — “Bakutel-2017” - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev “Bakutel-2017” sərgisində — Foto

Bu il "Caspian Agro 2018" sərgisində Azərbaycan, Almaniya, ABŞ, Belarus, Çin, Gürcüstan, Hollandiya, İtaliya, İspaniya, Niderland Krallığı, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distributorları iştirak edəcəklər. İlk dəfə olaraq sərgidə Vyetnam iştirak edəcək.

Sevindirici haldır ki, sərgidə xarici istehsalçılarla yanaşı, yerli şirkətlər də iştirak edəcəklər. Bu şirkətlər istixana, suvarma sistemi, meyvə və tərəvəz, gübrə və s. məhsulları ziyarətçilərə təqdim edəcəklər. Ənənəvi olaraq, "Caspian Agro" sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycan regionlarını təmsil edən sahibkar və fermerlər üçün info-turlar təşkil olunacaq. Sərginin işgüzar proqramı çərçivəsində B2B görüşlər və kənd təsərrüfatı sektorunda mövcud olan bütün yeni texnologiyalar haqqında daha ətraflı məlumat vermək üçün seminar və konfrans təşkil olunacaq.

Ümumiyyətlə, sərgi kənd təsərrüfatı sektorunun ən aktual sahələrini əhatə edəcək və quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, heyvandarlıq sektoru üçün avadanlıqlar, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları və s. sektorlar üzrə bir sıra yeni məhsullarla tanış olmaq üçün imkan yaradacaqdır.

Beləliklə, "Сaspian Agro 2018" sərgisi iştirakçılara ən son tendensiyalarla tanış olmaq üçün imkan yaratmaqla yanaşı, əməkdaşlığı genişləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün də lazımı şəraiti təmin edəcək. Bu isə Azərbaycanın kənd təsərrüfatı sənayesinə investisiya yatırımını artırmağa, eləcə də bu sahədə ən son texnologiyaların tətbiqinə kömək edəcəkdir. Sərgi haqqında ətraflı məlumatı və elektron dəvətnaməni http://caspianagro.az/az-register/ saytından əldə edə bilərsiniz.

Sputnik Azərbaycan sərginin informasiya tərəfdaşıdır.

Xəbər lenti
0