CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənubi Qafqaz üzrə böyük əhəmiyyətə malik tədbir gələn ay baş tutacaq

Abunə olmaq
Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir

BAKI, 6 mart — Sputnik. 5-7 aprel tarixində Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, qonaqpərvərlik sahəsində Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də  alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, o cümlədən bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox bu sahənin peşəkarları, istehsalçı şirkətlər, eləcə də tədarükçülər ziyarət edir.

Sputnik Azərbaycan “HOREX Caucasus 2018”-in informasiya tərəfdaşıdır.

Xəbər lenti
0