İki iyun nə ilə əlamətdardır

© Sputnik2 iyun
2 iyun - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Bu gün dünyanın bir çox ölkələrində Çərpələng və Kağız Təyyarə Uçurtma Günü, həmçinin Sağlam Qidalanma Günü kimi qeyd olunur

BAKI, 2 iyun — Sputnik. Bu gün iyunun 2-si, Qriqoryan təqvimi ilə ilin 153-cü günüdür. İlin sonuna qədər 212 gün qalır.

Sputnik Azərbaycan Belarus mediasına istinadən xəbər verir ki, iyunun 2-si dünyada bir neçə səbəbdən əlamətdar gün kimi qeyd olunur. Bu gün dünyanın bir çox ölkələrində Çərpələng və Kağız Təyyarə Uçurtma Günü, həmçinin Sağlam Qidalanma Günü kimi qeyd olunur.

Bəs ilin bu günü daha nələrlə əlamətdardır?

1924-cü il iyunun 2-də ABŞ hinduları ilk dəfə vətəndaşlıq alıblar;

1955-ci ilin bu günü Qazaxıstandakı Baykonur kosmodromunun əsası qoyulub;

1973-cü il iyunun 2-də Hollandiyanın Amsterdam şəhərində rəssam Van Qoqun muzeyi açılıb.

Bəs iyunun 2-də kimlər dünyaya gəlib?

1740-cı il iyunun 2-də Fransa zadəganı, siyasətçisi, yazıçı və filosof, Markiz de Sad adı ilə məşhur olan Donasyen Alfons Fransua de Sad dünyaya gəlib.

1922-ci ilin bu günü Sovet kinosunun görkəmli nümayəndəsi, "Brilyant əl" filmində milis kapitanı Vasili İvanoviç rolu ilə bizə tanış olan Stanislav Yulianoviç Çekan dünyaya gəlib.

 

Xəbər lenti
0