Bu gün Türkçülük günüdür

© AP Photo / Emrah GurelВид на Стамбул, фото из архива
Вид на Стамбул, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.05.2021
Abunə olmaq
3 mayın ilk il dönümü 1945-ci ildə, o dövrlərdə Topxana Hərbi Həbsxanasında həbsdə olan bir qrup türkçü tərəfindən bir masa ətrafında edilən bir toplantı ilə anılıb, daha sonrakı illərdə isə müxtəlif mərasimlərlə qeyd edilərək türk millətçilərinin Türkçülük günü olub.

BAKI, 3 may — Sputnik. Bu gün Türkçülük günüdür. Sputnik Azərbaycan xəbər verir ki, İrqçilik-Turançılıq məhkəməsi 7 sentyabr 1944-cü ildə başlayan və 29 mart 1945-ci ilə qədər davam edən, Türkiyə siyasi gündəmində önəmli olan 23 şəxsin İrqçilik-Turançılıq ittihamı ilə mühakimə olunduğu prosesin adıdır. Mühakimə nəticəsində Zəki Validi Toğan, Hüseyn Nihal Atsız, Alparslan Türkeş, Reha Oğuz Türkqan, Cihat Savaş Fer, Nurullah Barıman, Fəthi Tevetoğlu, Nejdət Sancar, Cebbar Şenel və Camal Oğuz Öcal müxtəlif cəzalara məhkum ediliblər.

II Dünya müharibəsi dövründə Türkiyə xarici siyasətini müharibədən yayınmaq üzərinə qurub, müharibəyə qatılması üçün ona təzyiq edən müttəfiq dövlətlərə qarşı hərbi və logistik əskikliklər bəhanə edilərək müharibədən uzaq qalmağa çalışıb, Nasist Almaniyasının böyük uğurlar qazandığı 1943-cü ilə qədər Almaniya ilə olduqca yaxınlaşıb. Hətta türk hərbi müşahidəçilər heyəti Belqradda o dövrlərdə Kursk döyüşünə hazırlaşmaqda olan Alman ordusunun hazırlıqlarını araşdırıb, VI və VII Panzer tümənlərinin yer aldığı Xarkov əməliyyatına qatılıblar. Almaniyanın Türkiyədəki səfiri Frans fon Papen, Ənvər Paşanın qardaşı, köhnə hərbçi və biznesmen Nuru Paşa vasitəsilə turançılığa dəstək verib. 1943-cü ildən sonra Alman blokunun məğlub olmasına görə türk hökuməti nasist qələbələrinə görə icazə verdiyi bu hərəkatı sıxmağa başlayıb, bunun nəticəsində də Hüseyn Nihal Atsız baş nazir Şükrü Saracoğluna "Orhun" jurnalında iki açıq məktub yazıb, Bu məktublar nəticəsində Nihal Atsıza qarşı açılan məhkəmə mətbuatda İrqçilik-Turançılıq məhkəməsi olaraq adlandırılıb.

Məktubda "Biz türkük, türkçüyük və daima türkçü qalacağıq. Bizim üçün türkçülük bir qan məsələsi olduğu qədər bir vicdan və mədəniyyət məsələsidir. Biz azalan və azaldan türkçü deyil, çoxalan və çoxaldan türkçüyük. Və hər zaman bu istiqamətdə çalışacağıq" - deyə Atsız Şükrü Saracoğluna yazıb.

Bu açıqlamaya rəğmən dövlətin hər tərəfinə kommunist kadrların yerləşdirilməkdə olduğunu düşünən Nihal Atsız dövrün baş naziri Şükrü Saracoğluna "Orhun" jurnalında 1 mart 1944-cü ildə və yenə bir ay sonra 1 aprel 1944-cü ildə olmaqla iki açıq məktub yazır, baş nazirə şikayət və xəbərdarlıq edir. Şikayət edilənlərin arasında Əhməd Cavad Əmrə, Səbahəttin Əli, Sədrəddin Cəlal Antel və Həsən Əli Yücəl də var.

Tarixdə 3 may hadisələri adı ilə anılan hadisələr Nihal Atsızın haqqında açılan məhkəmə üçün Ankaraya gəldiyi zaman başlayıb. Bu tarixdə turançılar kommunizm əleyhinə nümayiş təşkil edib və Nihal Atsıza sevgilərini göstəriblər. Məhkəmə salonuna girə bilməyən gənclər Ulus meydanına doğru yürüşə başlayıb, burada Türkiyə İstiqlal marşını oxuyub və kommunizm əleyhinə şüarlardan istifadə ediblər. Nümayişçilər Şükrü Saracoğlu ilə görüş tələb etsələr də, buna nail ola bilməyiblər. Nümayiş polisin şiddət tətbiq etməsi ilə dağıdılıb və 165 nəfər universitet tələbəsi həbs edilib.

3 mayın ilk il dönümü 1945-ci ildə, o dövrlərdə Topxana Hərbi Həbsxanasında həbsdə olan bir qrup türkçü tərəfindən bir masa ətrafında edilən bir toplantı ilə anılıb, daha sonrakı illərdə isə müxtəlif mərasimlərlə qeyd edilərək türk millətçilərinin Türkçülük Günü olub.

Xəbər lenti
0