06:00 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
Tarixdə Bu Gün
Qısa URL
51 0 0

Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.

BAKI, 9 mart - Sputnik. Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.

İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. 

Üçüncü çərşənbə digərlərindən bəzi xüsusiyyətlərinə görə seçilir. Məhz bu çərşənbə günü evlərdə təmizlik işlərinə başlanılır. Xanımlar evlərdəki yorğan-döşəyi havaya atır və onların təzə gələn bahar nəfəsi ilə yenilənməsini, çıxan günəşin təsiri ilə daha da təmizlənməsini istəyirlər. Həmçinin, evlərdə hər tərəf təmizlənir, xalça-palazlar çırpılır, qab-qacaqlar, şüşələr, pəncərələr silinir.

Ümumiyyətlə, insanlar küləyin onlara xoş təəssüratlar gətirəcəyinə inanırlar. 

Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Müxtəlif rəvayət və məsəllərdə adı çəkilən Yel baba əcdadlarımızın Külək tanrısına etiqadı ilə bağlıdır.

Sonuncu – Torpaq çərşənbəsi martın 16-da olacaq.

Əsas mövzular