06:33 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
Tarixdə Bu Gün
Qısa URL
4220

Hazırda Milad bayramını həm xristian, həm də qeyri-xristian ölkələrdə, həmçinin xristian olanlar və olmayanlar da qeyd edirlər

BAKI, 25 dekabr - Sputnik. Bu gün dünyanın bir çox ölkəsində Milad bayramı qeyd olunur. 

Sputnik Azərbaycan-ın məlumatına görə, İsa peyğəmbərin dünyaya gəlməsini qeyd edən katoliklər Miladdan öncə oruc tuturlar, 12 gün sonra isə gecə xüsusi ayinlər icra edirlər. 

Məlumdur ki, Qərb kilsələri (katoliklər) Miladı IV əsrin əvvəllərindən etibarən Yuli təqvimi ilə dekabrın 25-də qeyd etməyə başlayıblar. Şərq kilsələri isə (pravoslavlar) Qriqori təqvimi ilə yanvarın 7-də bayram edirlər. 

Hazırda Milad bayramını həm xristian, həm də qeyri-xristian ölkələrdə, həmçinin katolik olanlar və olmayanlar da qeyd edirlər. Bayram ənənələrinə hədiyyə vermə, Milad tamaşaları (əsasən İsa peyğəmbərin doğulma səhnəsi), kilsə mərasimi, xüsusi yemək, zəncəfilli kökələr, Milad ağacı (yolka), Milad işıqları, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Bayram axşamı uşaqlar sobadan corab asır və onlar gecə yuxuda olarkən bizim Şaxta Baba adlandırdığımız Müqəddəs Nikolayın (Santa-Klaus) bacadan düşərək həmin corabların içinə, ya da Milad ağacının altına hədiyyə qoyacağına inanırlar.

Teqlər:
İsa peyğəmbər, kilsə, katolik, dünya, Milad bayramı

Əsas mövzular