CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əbülfəz Elçibəyi Aya Sofiyada yad etdilər

© Sputnik Burdzhu Okutan / Mediabanka keçidСобор Святой Софии в Стамбуле, фото из архива
Собор Святой Софии в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib

BAKI, 22 avqust — Sputnik. İstanbulda, Aya Sofiya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövludi-Şərif oxudulub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib. Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir. O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

 

Xəbər lenti
0