22:34 30 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Tarixdə Bu Gün
Qısa URL
7220

Sputnik Azərbaycan günümüzün ayrılmaz hissəsi, köməkçimiz olan telefon barədə əyləncəli test tərtib edib. Görək, telefonunuzu nə qədər sevirsiniz?

BAKI, 10 mart — Sputnik. İnsan övladı yüz qırx ildən çoxdur ki, telefondan istifadə edir. 1876-cı il fevralın 14-də ABŞ-ın Boston Universitetinin professoru Aleksandr Qraham Bell ilk telefon aparatının ixtirasını patentləşdirdi və 1877-ci ildə özünün "Bell Telephone Company" adlı şirkətini yaratdı. 1878-ci ildə Amerikada, 1881-ci ildə isə Almaniyada ilk telefon qovşağı quruldu.

İlk telefon danışığı 1876-cı il martın 10-da baş tutdu. Bell iş otağında mayeni öz üstünə dağıtdı və telefonla qonşu otaqda işləyən həmkarına müraciət etdi: "Mister Uotson, buraya gələ bilərsinizmi? Siz mənə lazımsınız".

O vaxtdan bu günədək telefon müxtəlif formalara düşərək, ovcumuza sığacaq qədər balacalaşdı, funksiyaları da təkcə söz çatdırmaq vəzifəsini çoxdan geridə qoydu. Müasir insan hərdən telefon əlində yuxuya gedir, yəni artıq kiçik bir cihaz bəzilərinin ikinci yarısına, bəzilərinin isə sözün əsl mənasında sahibinə çevrilib.

Sputnik Azərbaycan günümüzün ayrılmaz hissəsi, köməkçimiz olan telefon barədə əyləncəli test tərtib edib. Görək, telefonunuzu nə qədər sevirsiniz?

Əsas mövzular