CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Test: "Ulduz"dan "ulduzlu beş" ala bilərsiniz?

© Azerbaijanfilm / Ulduz / 1964Фильм "Улдуз", кадр из фильма
Фильм Улдуз, кадр из фильма - Sputnik Azərbaycan
Abunə olmaq
Gələn il ekranlara çıxmasının 55 illiyi qeyd olunacaq filmin məşhur heyətindən, təəssüf ki, indi yalnız iki nəfər – Suğra Bağırzadə və Hacımurad Yegizarov - sağdır

Azərbaycan tamaşaçısı uzun illər keçəndən sonra sevimli filmlərindən biri olan "Ulduz" filminə yenidən baxmaq imkanı əldə edib – bu dəfə artıq yenilənmiş versiyada.

1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan filmin premyerası 1965-ci ildə olub. Məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarların rol aldığı musiqili komediyada mahnıları Lütfiyar İmanov, Mirzə Babayev və Mobil Əhmədov ifa ediblər.

Gələn il ekranlara çıxmasının 55 illiyi qeyd olunacaq filmin məşhur heyətindən, təəssüf ki, indi yalnız iki nəfər – Suğra Bağırzadə və Hacımurad Yegizarov - sağdır.

Sizi hazırladığımız testi keçərək “Ulduz”u bir daha xəyalınızda canlandırmağa dəvət edirik:

Xəbər lenti
0