02:54 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Afər Abdullayeva Quba rayonunun Cağacıq kənd orta məktəbinin müəllimi

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü qeyd olunur

© Sputnik / Leyla Abdullayeva
Tarixdə Bu Gün
Qısa URL
20 0 0

"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir

BAKI, 5 oktyabr - Sputnik. Bu gün Beynəlxalq Müəllimlər Günüdür.

Sputnik Azərbaycan xəbər verir ki, 5 oktyabr Azərbaycanda da müəllimlərin peşə bayramı qeyd olunur.  

Belə ki, 1966-cı ilin bu günü UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.

"Müəllimlər günü" hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.

Azərbaycanda isə 1993-cü ilin oktyabrın 5-də ilk dəfə "Müəllimlər Günü" qeyd olunub.

Əsas mövzular