CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
Qurban kəsilən heyvanın ətindən kasıb ailələrə paylamaq gərəkdir ki, onlar da bayram ab-havasını yaşasınlar

BAKI, 12 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasında Qurban bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bayram namazı bu gün saat 08:00-da Əjdərbəy məscidində qılınacaq.

Жертвенные бараны на праздник Гурбан Байрам - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qurban ərəfəsi: Qiymətlər həm cəlb edir, həm də itələyir
 Bayram namazı eyni zamanda saat 09:00-da Təzə Pir məscidində və ölkənin digər məscidlərində qılınacaq.

Bayramla əlaqədar avqustun 12-si və 13-ü ölkədə qeyri-iş günüdür.

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoç, inək, dana və ya dəvə kəsilir.

Qurban kəsilən heyvanın ətindən kasıb ailələrə paylamaq gərəkdir ki, onlar da bayram ab-havasını yaşasınlar.

Dövlət qurumundan qurban kəsənlərə daha bir güzəşt>>

Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı bir illik heyvan olmalıdır. Dananın iki, dəvənin isə beş yaşı tamam olsa, daha yaxşıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Xəbər lenti
0