12:16 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Baku Crystal Hall

Bakının yeni simvollarından biri

© Sputnik / Murad Orujov
Tarixdə Bu Gün
Qısa URL
43 0 0

“Eurovision-2012” mahnı müsabiqəsi burada keçirilib

BAKI, 7 may - Sputnik. 2012-ci il mayın 7-də “Baku Crystal Hall” istifadəyə verilib. “Eurovision-2012” mahnı müsabiqəsi burada keçirilib. 

“Baku Crystal Hall” "ALPINE Bau Deutschland AG" şirkəti tərəfindən tikilib. Kompleksin layihəsinin baş dizayneri alman şirkəti "GMP", arenanın dizayneri isə İsveçrə şirkəti "Nüssli International AG"dir. Əsasən, yığma metal konstruksiyadan istifadə olunmaqla tikilən bina Bakının ən güclü küləyinə belə davamlıdır.

Kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir.

2013-14 mövsümündə CEV Qadınlar Çempionlar Liqasının dördlər finalı, 2015-ci ildə Birinci Avropa Oyunlarının, həmçinin 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının bir hissəsi bu arenada keçirilib. 

Əsas mövzular