12:24 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Xalq artisti Fuad Poladov

Görkəmli sənətkarın vəfatından bir il keçdi

© REPORT
Tarixdə Bu Gün
Qısa URL
78 0 0

Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub

BAKI, 5 may — Sputnik. Xalq artisti Fuad Poladovun vəfatından bir il ötür.

Sputnik Azərbaycan-ın məlumatına görə, Xalq artisti uzun sürən ağır xəstəlikdən sonra 2018-ci il mayın 4-dən 5-nə keçən gecə 69 yaşında dünyasını dəyişib. O, onkoloji xəstəlikdən əziyyət çəkib.  Fuad Poladov Yasamal rayonundakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. Fuad Poladov 43 filmə çəkilib, Akademik Milli Dram Teatrında və Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində onlarla rol oynayıb.

Əsas mövzular