Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Acımızın 10 yaşı tamam olur...

© Sputnik / Anar MustafayevAzərbaycan Dövlət Neft Akademiyası
Azərbaycan Dövlət Neft Akademiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Qətliam nəticəsində 13 nəfər həlak olub, 10 nəfər yaralanıb

BAKI, 30 aprel — Sputnik. Düz 10 il bundan qabaq - 30 aprel, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dəhşətli qətliam törədilib. Səhər saatlarında bir nəfər silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayıb. Qətliam nəticəsində 13 nəfər həlak olub, 10 nəfər yaralanıb ki, yaralılardan 3-ü xarici vətəndaş olub (ikisi Sudan, biri isə Suriya".

Hadisəni Gürcüstan vətəndaşı, Marneuli sakini, 29 yaşlı Fərda Əsəd oğlu Qədirovun törətdiyi təsdiq olunub. O, hadisəni törətdikdən sonra özü-özünü güllələyib.

Hadisə yerinə daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralov gəliblər. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.

Çoxsaylı ölkələrin dövlət və hökumət başçıları baş vermiş faciədən dolayı Azərbaycan Prezidentinə başsağlığı veriblər.

Xəbər lenti
0