Avropanın ilk qadın hökumət başçısı

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidМаргарет Тэтчер. Архивное фото
Маргарет Тэтчер. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasətdəki sərt mövqeyinə görə “Dəmir ledi” ləqəbi ilə tanınan baronessa Böyük Britaniyanın tarixində ilk qadın baş nazir olub

BAKI, 8 aprel - Sputnik. 2013-cü il aprelin 8-də görkəmli ingilis siyasətçisi xanım Marqaret Tetçer (Margaret Hilda Thatcher) vəfat edib (1925-2013).

Mühafizəkarlar Partiyasının təmsilçisi olan M.Tetçer 1979-1990-cı illərdə Böyük Britaniyanın Baş naziri vəzifəsində işləyib.

Siyasətdəki sərt mövqeyinə görə “Dəmir ledi” ləqəbi ilə tanınan baronessa Böyük Britaniyanın tarixində ilk qadın baş nazir olub. SSRİ-yə qarşı sərt ritorikası ilə seçilib. Bilderberq klubunun üzvü olub.

Tetçer ümumiyyətlə Avropanın tarixində ilk qadın baş nazirdir.

Hazırda Britaniya hökimətinə başqa bir qadın - Tereza Mey başçılıq edir.

Xəbər lenti
0