12:39 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Азербайджанский композитор, народный артист СССР Гара Гараев в 1977 году

Şərqlə qərbi sintez etmiş azərbaycanlı

© Sputnik / Oleg Ignatovich
Tarixdə Bu Gün
Qısa URL
45 0 0

Qara Qarayev Azərbaycan musiqi mədəniyyətinin nadir simalarındandır

BAKI, 5 fevral - Sputnik. 1918-ci il fevralın 5-də Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu Qara Qarayev anadan olub (1918-1982).

Qarayev Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb (1948). “Vətən” və “Zəriflik” operalarının, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, bir sıra vokal-simfonik əsərlərin müəllifidir. SSRİ Xalq Artisti və Sosialist Əməyi Qəhrəmanı adlarına, Stalin və Lenin mükafatlarına layiq görülüb.

Bakı şəhərinin 28 May küçəsində Qara Qarayevin abidəsi ucaldılıb, Bakı Metrosunun stansiyalarından birinə onun adı verilib.

“Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşelon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Əsas mövzular