ELM

Bu gün Azərbaycanda Bilik Günüdür

© Sputnik / Murad OrujovBakıda Bilik günü
Bakıda Bilik günü - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni tədris ilində 165 780 şagird birinci sinifdə təhsil alacaq

BAKI, 15 sentyabr — Sputnik. Bu gün Azərbaycanda Bilik Günüdür.

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, yeni tədris ilində 165 780 şagird birinci sinifdə təhsil alacaq.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub.

2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Bundan başqa, yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 47 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq. Bakıdakı 263 ümumi təhsil müəssisəsində 940 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub.

Təhsil naziri Ceyhun Bayramovun “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” imzaladığı əmrə əsasən, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər sentyabrın 15-də başlanacaq.

Xəbər lenti
0