Sovetlərin ən böyük simvolunun paytaxtın mərkəzindən götürüldüyü gün

© Sputnikİndiki Azadlıq meydanında Leninin heykəli
İndiki Azadlıq meydanında Leninin heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhər XDS-in qərarı ilə Leninin şəhərin mərkəzi meydanındakı heykəli 27 il əvvəl sökülüb

BAKI, 27 avqust — Sputnik. 1991-ci il avqustun 27-də Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə şəhərin mərkəzi (Lenin adına) meydanında Sovet İttifaqının qurucusu Vladimir Leninin heykəli sökülüb.

Bakı Şəhəri Xalq Deputatları Sovetinin qərarı ilə meydana rəsmən "Azadlıq" adı verilib.

1990-cı ilin qanlı yanvar hadisələrindən sonra azərbaycanlılar bolşevizmin və rus-sovet imperiyasının simvolu olan Vladimir İliç Leninin heykəlinin Bakıdan götürülməsini tələb edirdilər. Lakin belə imkan yalnız 1991-ci ilin avqustunda, Moskvada SSRİ-ni saxlamağa yönəlmiş "QKÇP qiyamının" süqutundan sonra yarandı. 

Xəbər lenti
0