16:38 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb

Azərbaycan Ordusunun yaranmasından 100 il keçir

© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Tarixdə Bu Gün
Qısa URL
315 0 0

AXC Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi yaradılıb

BAKI, 26 iyun — Sputnik. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə yaradılıb.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.

1998-ci il mayın 22-də prezident Heydər Əliyev imzaladığı fərmanla iyunun 26-nı Silahlı Qüvvələr günü elan edib.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Bakının Azadlıq meydanında hərbi parad keçiriləcək.

Əlaqədar

Azərbaycan ordusunun aviasiyası parada necə hazırlaşır
Müdafiə Nazirliyi: Ordumuzun fəaliyyəti düşməndə xof və təşviş yaradır
Azərbaycan Ordusunun 100 yaşı: Tarix və mövcud vəziyyət müzakirə olunacaq
Ermənistan ordusunda kütləvi oğurluğun üstü açıldı
Azərbaycan Ordusu Günnüt kəndini işğaldan belə azad etdi - VİDEO

Əsas mövzular