Müdhiş qəzanın növbəti ildönümüdür

© Sputnik / Стрингер / Mediabanka keçidЧернобыльская атомная электростанция
Чернобыльская атомная электростанция - Sputnik Azərbaycan
Abunə olmaq
XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakətdir

BAKI, 26 aprel — Sputnik. Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadan 32 il ötür. Hadisə 1986-cı il aprelin 26-da olub. 

XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakətdir. AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər həlak olub. Hadisə nəticəsində 7 minə yaxın insan vəfat edib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.

Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan 115 mindən çox insan köçürülüb. Ümumilikdə, 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır. 

AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatına 7 min nəfər azərbaycanlı da cəlb edilib. Onlardan da 2000 nəfəri şüalanmadan dünyasını dəyişib. Qalanları isə ömürlük əlil olub. Çernobıl AES 2000-ci il dekabrın 15-də tamamilə bağlanıb.

Xəbər lenti
0